MƏDƏNİYYƏT EVLƏRİ ƏSASLI TƏMİRDƏN SONRA İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gədəbəydə aparılan abadlıq və quruculuq işləri ilə yanaşı, sosial obyektlərin təmiri və bərpasına da ciddi fikir verilir. Xeyli vaxtdır ki, kəndlərdəki mədəniyyət evlərinin təmirinə başlanmışdır. Artıq bir neçə kənddə, o cümlədən Böyük Qaramurad, Şınıx, Ağamalı, Xarxar, Slavyanka və Nərimankənd kəndlərindəki mədəniyyət evləri əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Hazırda Cəfərli və Qaravəlilər kəndlərində bu iş uğurla davam etdirilir.