Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Misirin Turizm naziri ilə görüşəcək
Səfərlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin rəisi Aydın İsmiyev bildirib ki, avqustun 29-dək davam edəcək səfər çərçivəsində bir sıra səmərəli görüşlər keçirmişik. Buradakı böyük turizm obyektləri və otellərlə yaxından tanış olmuşuq. Hazırda Şarm Əl-Şeyx şəhərində müzakirələrimizi başa vuraraq Qahirəyə yola düşürük. Qahirədə bizi bir sıra görüşlər gözləyir. Bu sırada Misirin Turizm naziri ilə görüşümüz xüsusi əhəmiyyət daşıyır. İnanırıq ki, bu qarşılıqlı səfərlər Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]