Medianın İnkişafı Agentliyi ilə Sinxua agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında media sahəsində qarşılıqlılıq prinsipinə və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi, təşviqi və inkişaf etdirilməsidir.
Sənəd informasiya və təcrübə mübadiləsini, ortaq maraq doğuran layihələr üzrə birgə fəaliyyəti, eyni zamanda iclas, seminar, praktiki məşğələ, təlim, konfrans və digər bu kimi tədbirlərin təşkili, media sahəsinə məsul rəsmi şəxslərin və müvafiq ekspertlərin səfərlərinin dəstəklənməsini nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]