M.ƏFƏNDİYEV ADINA 2 NÖMRƏLİ ŞƏHƏR KLİNİK XƏSTƏXANASINDA HEMODİALİZ BÖLMƏSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, avqustun 2-də Bakıdakı M.Əfəndiyev adına 2 nömrəli şəhər klinik xəstəxanasında hemodializ bölməsinin açılışı olmuşdur. Səhiyyə nazirinin müavini Sənan Kərimov mərasimdə bildirmişdir ki, Almaniyanın “Frezerius” şirkətinin istehsalı olan 7 hemodializ aparatını xəstəxanaya Heydər Əliyev Fondu hədiyyə etmişdir. Bu aparatlar xroniki böyrək çatışmazlığından əziyyət çəkən 42 xəstənin əzablarını yüngülləşdirəcəkdir. O, səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Hazırda Azərbaycanda hemodializə ehtiyacı olan təxminən 600 xəstə qeydiyyatdadır ki, bunların da 450 nəfərindən çoxu pulsuz müalicə olunur, qalanları isə növbə gözləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]