Mehdi Benatia “Yuventus” klubundan ayrılıb
Bakı, 29 yanvar, AZƏRTAC
İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Mehdi Benatia Qətərin “Əl-Duhayl” komandasına transfer olunub.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, futbolçunun transfer qiyməti 8 milyon avro təşkil edib. Bu məbləğ 2019-cu ilin oktyabrınadək iki dəfəyə ödəniləcək. Məbləğ bonuslar hesabına daha 2 milyon avro arta bilər.
Otuz bir yaşlı Benatia “Yuventus”a 2016-cı ildə Almaniyanın “Bavariya” klubundan 3 milyon avro müqabilində icarə əsasında keçib. Bir ildən sonra İtaliya klubu futbolçunun transfer hüququnu 17 milyon avroya alıb. Müdafiəçi Turin komandasında ümumilikdə 59 oyunda meydana çıxıb və 5 qol vurub. O, “qoca sinyora”nın heyətində iki dəfə İtaliya çempionu, iki dəfə də İtaliya Kubokunun qalibi olub. Benatia bunadək “Marsel”, “Tur”, “Loryan, “Klermon”, “Udineze” və “Roma” kimi komandaların şərəfini qoruyub. O, Mərakeş yığmasında 55 oyun keçirib və 2 qolun müəllifi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]