MƏHƏMMƏD PEYĞƏMBƏRƏ KARİKATURALAR DƏRC ETMİŞ QƏZET REDAKTORUNA QARŞI İTTİHAM İRƏLİ SÜRÜLMÜŞDÜR
“Naş region+” qəzeti 15 fevral nömrəsində “Karikatura müharibəsi: rəylər” məqaləsində internetdən götürülmüş və ilk dəfə ötən ilin sentyabrında Danimarkanın “Yullands-posten” qəzetində dərc olunan 12 karikaturanı, habelə əlavə bir karikaturanı yerləşdirmişdir.
Anna Smirnova müsəlmanları hiddətə gətirən karikaturaları dərc etdiyinə görə barəsində cinayət işi qaldırılan ilk Rusiya nümayəndəsidir.
Rusiya müəllifinin Məhəmməd Peyğəmbərə çəkdiyi karikatura isə bundan əvvəl Volqoqradın “Qorodskiye Vesti” qəzetində dərc edilmişdi. Həmin şəkildə İsa Məsih, Musa Peyğəmbər, Budda və Məhəmməd Peyğəmbər karikatura formasında təsvir olunmuşdular.
Bu karikaturanın dərcindən sonra Volqoqrad meriyası qəzeti bağlamaq barədə qərar qəbul etmişdir. RF Prokurorluğu həmin karikaturanın Rusiya qanunvericiliyinə müvafiq olub-olmadığını yoxlayır. Qəzet redaksiyasına qarşı isə hələlik ittiham irəli sürülməmişdir.