MEHMED AĞAR: AZƏRBAYCAN-TÜRKİYƏ DOSTLUĞUNA HEÇ NƏ XƏLƏL GƏTİRƏ BİLMƏZ
Söhbət zamanı cənab Mehmed Ağar ölkələrımiz arasındakı strateji əməkdaşlıqdan, dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluğunu söyləmiş, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərini yüksək qiymətləndirmişdir.
Ümummilli liderimiz, türk dünyasının böyük oğlu Heydər Əliyev ilə görüşlərini yada salan Mehmed Ağar onun Azərbaycanın dövlət quruculuğundakı müstəsna rolunu vurğulamışdır. Prezident İlham Əliyevin Türkiyə Böyük Millət Məclisindəki tarixi nitqini xatırladan Doğru Yol Partiyasının sədri iki ölkə arasındakı əlaqələrin əbədi və sarsılmaz olduğunu bildirmişdir.
Görüşdən sonra jurnalistlərə qısa müsahibə verən Mehmed Ağar demişdir ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluğun kökləri tarixə söykənir. Son illər ərzində bu əməkdaşlıq ən yüksək səviyyəyə çatmışdır və bu şəkildə də davam edəcəkdir. Bu böyük dostluğa heç nə xələl gətirə bilməz.
Mayın 6-da Türkiyənin nüfuzlu və yüksək tirajlı “Hürriyyət” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Heydər Əliyev adına neft emalı zavodunda keçirilən təntənəli mərasimdəki nitqi və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı haqqında xəbərlər dərc olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]