MƏHSUL XARİCİ ÖLKƏLƏRƏ DƏ İXRAC OLUNUR
AZƏRTAC xəbər verir ki, “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin müəssisələrində ötən il 90 milyard 459 milyon manatlıq məhsul istehsal edilmiş, 84 milyard manatlıq məhsul satılmışdır. İstehsalın və ixracatın həcmi əvvəlki illərlə müqayisədə artmışdır. Müəssisənin məhsullarının əsas alıcısı Dövlət Neft Şirkəti olsa da, xarici ölkələrlə də ixrac əməliyyatları aparılmışdır.