MƏKKƏ ZİRVƏ TOPLANTISI MÜSƏLMAN XALQLARIN TARİXİNDƏ DÖNÜŞ MƏRHƏLƏSİ OLACAQ
O demişdir ki, 57 dövlət başçısına “İslam evini zamanın tələblərinə uyğun olaraq yenidən qurmağa dair onillik proqramı” bəyənmək təklif ediləcəkdir. İslam dünyasının indiki vəziyyətini əks etdirən və irəliyə hərəkətin perspektivlərini müəyyənləşdirən “Məkkə Bəyannaməsi” müzakirəyə çıxarılacaqdır. Bu sənədi İKT nazirləri deyil, görkəmli müsəlman ilahiyyatçıları və hüquqşünasları hazırlamışlar. Səudiyyə naziri demişdir: “Səylərimiz islam cərəyanları və yozumlarını eyniləşdirməyə və yaxınlaşdırmağa, fiqhin (islam hüququ) müasir normalarını işləyib hazırlamağa yönəldilmişdir”.
Səud əl-Feysəl bildirmişdir ki, Məkkə zirvə toplantısının məqsədi “həqiqi islamı möhkəmlətmək və ekstremist, təmayülçü ideyalara qarşı durmağa qadir etməkdir”. Onun sözlərinə görə, forumda Fövqəladə İslam Yardımı Fondu təsis olunacaqdır. Fond təbii fəlakətlər və humanitar müsibətlər təqdirində müsəlman xalqlara təcili yardım göstərəcəkdir. Forum çərçivəsində İKT-nin Ciddədə yeni iqamətgahının bünövrəsi qoyulacaqdır.