MEKSİKA ABŞ-DAN İSPANAQ İDXALINI QADAĞAN ETMİŞDİR
Lakin Meksika araşdırmanın nəticəsini gözləmədən bu məhsulun ölkəyə idxalına qadağa qoyulması barədə qərar qəbul etmişdir.
Bu, son bir neçə ildə Meksikanın ABŞ-dan hansısa məhsulun idxalına qadağa qoyduğu ilk hadisədir. Bütün mağazaların və supermarketlərin sahiblərinə ABŞ ispanağını piştaxtalardan və anbarlardan yığışdırıb məhv etmək tapşırılmışdır. Əks halda, onları böyük məbləğdə cərimə və ya hüquqi cəza gözləyir.
Meksika ispanağının ABŞ ispanağından baha olmasına və pis qablaşdırıldığına baxmayaraq, hakimiyyət orqanları əhaliyə yerli məhsul almağı tövsiyə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]