ELM VƏ TƏHSİL
Məleykə Abbaszadə: Əvvəlki illərlə müqayisədə şagirdlərin xarici dil bilikləri artıb
![](/files/galleryphoto/2024/1/1200x630/17096260755119131417_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17096260753996646946_1200x630.jpg)
Bakı, 5 mart, AZƏRTAC
Məktəblərdə xarici dil fənləri aşağı səviyyədə tədris olunur. Xarici dil imtahanları verən 9-cu sinif şagirdlərinin müvafiq bilik səviyyəsi A2-dir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, 11-ci sinfi bitirən şagirdlərinin xarici dil bilikləri B1-dir.
“Əvvəlki illərlə müqayisədə şagirdlərin xarici dil bilikləri artıb. Mən istərdim ki, müsbət dinamika şagirdlərin riyaziyyat biliklərində də özünü göstərsin”, - deyə Məleykə Abbaszadə qeyd edib.