Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Mənim sədaqətim, mənim şərəfimdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib

Bakı, 1 may, AZƏRTAC

Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 23-cü ildönümü ərəfəsində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Mənim sədaqətim, mənim şərəfimdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyinin və Xüsusi Təyinatlı Qüvvələrin komandanlığı rəsmilərinin, şəhid xüsusi təyinatlıların valideynlərinin, şəhid və qazi ailələri üzvlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan unudulmaz Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vətən müharibəsi iştirakçısı zabit Nizami Qürbətli Xüsusi Təyinatlı Qüvvələrin yaranma tarixi və 23 il ərzində keçdiyi şanlı döyüş yolu barədə məlumat verib. Qeyd olunub ki, Xüsusi Təyinatlı Qüvvələrin ilk hərbi hissəsi ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1999-cu il aprelin 30-da yaradılıb. Birinci Qarabağ müharibəsinin iştirakçıları olmuş zabit və gizirlər qüvvələrin formalaşmasında fəal iştirak ediblər. Respublika ərazisində və ölkəmizin hüdudlarından kənarda, xüsusilə qardaş Türkiyədə keçirilən bir sıra genişmiqyaslı taktiki birgə təlimlərdə iştirak edən xüsusi təyinatlılarımız daha da güclənib, mübariz, çevik mütəşəkkil hərbi qüvvəyə çevrilib. Onlar 2016-cı ilin Aprel döyüşləri zamanı, o cümlədən Vətən müharibəsində xalqımızın şanlı döyüş salnaməsinə daha parlaq qəhrəmanlıq səhifələri yazıblar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il noyabrın 8-də Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevi Şuşanın azad olunması münasibətilə təbrik edərək onlara xidmətlərində daha böyük uğurlar qazanmağı arzulayıb.

Tədbir iştirakçıları Müzəffər Ali Baş Komandanın Xüsusi Təyinatlı Qüvvələr haqqında söylədiyi fikirləri alqışlarla qarşılayıblar: “Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri işğal olunmuş ərazilərin azad edilməsi üzrə ən vacib əməliyyatların, xüsusilə Şuşa əməliyyatının həyata keçirilməsində həlledici rol oynadılar. Bizim Xüsusi Təyinatlı Qüvvələr fədakarcasına döyüşdülər, bir çox əməliyyatlarda ölümə gedərkən onlar həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirdilər. Mən dəfələrlə Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti ilə görüşmüşdüm və əmin idim ki, ən mürəkkəb döyüş tapşırıqlarını icra etmək iqtidarında olan döyüş qabiliyyətli hissələr yaratmışıq.

Ərazinin relyefi bizim üçün əlverişli deyildi. Biz demək olar ki, dağlara dırmaşmalı olurduq. Ermənistan tərəfi yüksəkliklərdə bütün əsas mövqeləri tutaraq möhkəmləndirilmiş bir neçə müdafiə xətti yaratmışdılar. Dağ relyefinin özü də bir müdafiə xəttidir, həm də çox mürəkkəb bir müdafiə xətti. Bu səbəbdən Xüsusi Təyinatlı Qüvvələr peşəkarlıq, iradə, güc və Vətən sevgisinin səbəb olduğu möcüzələr nümayiş etdirməli oldular. Ümumilikdə, Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətini çox yüksək qiymətləndirirəm”.

Şəhid xüsusi təyinatlıların ailə üzvləri adından çıxış edən “Azərbaycan Bayrağı” ordenli kapitan Ruslan Qəhrəmanovun atası, Birinci Qarabağ müharibəsi qazisi ehtiyatda olan gizir Mehman Qəhrəmanov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və Xüsusi Təyinatlı Qüvvələr komandanlığına minnətdarlıq edərək deyib: “Biz şəhid valideynləri də çox istərdik ki, övladlarımız müharibədən sağ-salamat qayıtsınlar. Onlar da Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradında iştirak etsinlər, ailələrinin yanında olsunlar. İstərdik ki, düşmən çəpəri olan oğullarımız bu müqəddəs Ramazan günündə bizimlə bir yerdə şadlansınlar, sevinsinlər. Ancaq biz deyən olmadı. Bu da bir tale yazısı imiş. Təki Vətən sağ olsun, bayrağımız daha uca zirvələrdə dalğalansın!

Biz şəhid valideynlərinin təsəllisi ondadır ki, övladlarımızın qanı yerdə qalmadı, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuz onların intiqamını döyüş meydanında aldı. Fəxr edirik ki, bu gün də “dəmir yumruq” yerindədir və xalqımız, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır”.

Ehtiyatda olan kapitan Samir Məmmədov xüsusi təyinatlı qazilər adından çıxış edərək Vətən müharibəsində ağır yaralansa da, respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatlarında iştirakından, xalqımıza Qələbə sevincini bəxş edən igidlərin sırasında olmasından qürur duyduğunu və bununla fəxr etdiyini vurğulayaraq uca səslə “Mənim sədaqətim mənim şərəfimdir!” deyib.

Vətən müharibəsi iştirakçılarından baş leytenant Turqay Məhərrəmov və gizir Süleyman Məhərrəmov tədbir iştirakçılarını əmin ediblər ki, Vətənə, xalqa, dövlətə bundan sonra da sədaqətlə xidmət edəcək, Murad Mirzəyev, Samid İmanov, Pəncəli Teymurov, Mühüd Orucov və digər xüsusi təyinatlılarımızın qəhrəmanlıq ənənələrini şərəflə davam etdirəcəklər.

Xüsusi Təyinatlı Qüvvələrimizin şəhid hərbçilərinin xatirəsinə və hərbi hissələrin fəaliyyətinə həsr olunan videoçarx tamaşaçıların böyük marağına səbəb olub.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan “Vətənim-Bayrağım-Şərəfim” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına qürurverici və duyğulu anlar yaşadıb.

Əvvəlcə Şuşaya sancılan Zəfər bayrağımız səhnəyə gətirilib. Tədbir iştirakçıları bu anı ayaq üstə alqışlarla qarşılayıb.

Xalq artistləri Mübariz Tağıyev, Gülyaz Məmmədova, Əməkdar artistlər Nuriyyə Hüseynova, Səmayə Sadıxova və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında səslənən vətənpərvərlik nəğmələri və ssenari müəllifinin qalib Vətən əsgərinə, möhtəşəm Zəfərə həsr etdiyi şeirlər şəhidlərin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də salonda qələbə ovqatı yaradıb.

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Zaur Zeynalov Xüsusi Təyinatlı Qüvvələr komandanlığı adından şəhid valideynləri, qazilər və onların övladlarını hərbi hissənin yaranmasının 23-cü ildönümü və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

Hər bir şəhid ailəsinə, qaziyə, tədbirin təşkilatçılarına, incəsənət xadimlərinə, həmçinin arxa cəbhədə ordumuza həmişə dayaq olan bir qrup ictimaiyyət nümayəndəsinə xüsusi olaraq hazırlanmış stolüstü medallar, xatirə hədiyyələri təqdim olunub.

Tədbir Xalq artisti Mübariz Tağıyevin və bütün iştirakçıların birlikdə ifa etdikləri “Mübariz sərkərdə” (musiqisi Xalq artisti Eldar Mansurovun, sözləri Əməkdar incəsənət xadimi Abdulla Qurbaninindir) mahnısı ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir