CƏMİYYƏT
Məntəqə sədri: Seçkilərin şəffaf keçirilməsi üçün bütün lazımi şərait yaradılıb
Bakı, 29 yanvar, AZƏRTAC
Bələdiyyə seçkiləri ilə bağlı 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 28 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.
Bunu AZƏRTAC-a açıqlaması zamanı, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 28 saylı seçki məntəqəsinin sədri Arzu Sultanova bildirib.
Məntəqə sədri qeyd edib ki, səhər saatlarından başlayaraq seçicilər məntəqələrə gələrək, səslərini verirlər.
“Məntəqə üzrə 1104 seçici var. İlk dəfə səs verənlərin sayı 5 nəfərdir. 51 seçici ərizə ilə müraciət edib və onlar üçün evdə səsvermə imkanı yaradılıb. Məntəqədə veb-kameralar quraşdırılıb. Məntəqədə seçkilərin şəffaf keçirilməsi üçün bütün lazımi şərait yaradılıb”, - deyə məntəqə sədri əlavə edib.