DÜNYA
Meqqi Gillenhol “Frankenşteynin gəlini” filmində Cessi Beyklini baş rola çəkəcək
![Meqqi Gillenhol “Frankenşteynin gəlini” filmində Cessi Beyklini baş rola çəkəcək](/files/2024/1/1200x630/17053255815679415035_1200x630.jpg)
Bakı, 15 yanvar, AZƏRTAC
Cessi Beykli, Penelop Kruz, Kristian Beyl, Piter Sarsqard və Annet Beninq kimi kino ulduzları Meqqi Gillenholun “Frankenşteynin gəlini” adlı yeni filmində rol alacaqlar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, istehsalı “Netflix” və “Warner Bros”. tərəfindən olan filmin çəkilişləri yaxın aylarda başlayacaq.
1930-cu illərdə tənha Frankenşteyn (Kristian Beyl) ona yoldaş yaratmağa kömək etmək üçün doktor Yevfroniusu tapmaq üçün Çikaqoya gedir. İkisi öldürülmüş gənc qadını dirildir və gəlin (Cessi Beykli) dünyaya gəlir.
Filmin sinopsisində deyilir: “Bu, hər ikisinin planlaşdırdıqlarından kənara çıxır, möhtəşəm bir romantikaya, polisin diqqətinə, vəhşi və radikal ictimai hərəkata səbəb olur”.
Frankenşteynin gəlini Gillenholun ikinci rejissorluq işi olacaq. Onun debütü olan “Naməlum qız” 2022-ci ildə Olivia Kolmen və Dakota Conson ilə birlikdə filmdə rol almış Cessi Beyklinin ən yaxşı köməkçi qadın rolu da daxil olmaqla, üç Oskar nominasiyasında mükafatlar qazanıb.