MƏRKƏZİ ASİYADA MÜNAQİŞƏLƏRİN QARŞISININ ALINMASI İLƏ BAĞLI FORUM KEÇİRİLMİŞDİR
Rusiya, Qazaxıstan, Əfqanıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistanın nümayəndələri, BMT, ATƏT və İnterpolun ekspertləri iki gün ərzində Mərkəzi Asiyada regional əməkdaşlıq, həmçinin, terrorizm, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərini müzakirə etmişlər.
Forumda deyilmişdir ki, terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, silah qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün bütün səylərin birləşdirilməsi, BMT, NATO, MDB, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığın genişləndirilməsi vacibdir. Qeyd olunmuşdur ki, region ölkələrinin birində sabitliyin pozulması o biri ölkələrə də mənfi təsir göstərir. Buna görə də, belə hallarla mübarizə həm beynəlxalq, həm də hər bir ölkə səviyyəsində təxirə salınmadan aparılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [22:11]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]