MƏRKƏZİ ASİYADA REGİONAL TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLİR
Corc Marşal adına Təhlükəsizlik məsələlərinin öyrənilməsi üzrə mərkəzin və Özbəkistan Prezidenti yanında Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun təşkil etdiyi tədbirin məqsədi təhlükəsizlik məsələlərində regional əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsindən ibarətdir. Konfrans çərçivəsində regional və beynəlxalq xarakterli aktual problemlər – beynəlxalq terrorizm, dini ekstremizm, narkotrafik və s. ilə mübarizə ətrafında fikir mübadiləsi aparılır.