Mərkəzi Bank Malayziya şirkəti ilə İslam bankçılığının inkişafını müzakirə edib
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Tərlan Rəsulov Malayziyanın “Al-Hidayah Group” şirkətlər qrupunun sədri Dato' Ku Cafar Ku Şaarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində İslam maliyyəsinin inkişafı, bu istiqamət üzrə məhsul çeşidinin genişləndirilməsi, eləcə də institusional əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı, həmçinin Mərkəzi Bank tərəfindən təsdiqlənmiş “2024–2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” çərçivəsində İslam bankçılığının inkişafına yönəlmiş təşəbbüslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]