İQTİSADİYYAT
Mərkəzi Bankda sığorta üzrə keçirilən attestasiyaların nəticələri açıqlanıb
Bakı, 31 yanvar, AZƏRTAC
Sığorta sahəsi üzrə Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən attestasiyaların nəticələri açıqlanıb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən attestasiyalarda iştirak edən 4 namizəddən 3 nəfər keçid balını toplayaraq, attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının (Qayda) 5.5-ci bəndinə əsasən aktuari şəhadətnaməsi almaq üçün attestasiyada iştirak edən şəxs müvafiq mövzu üzrə 60 balı topladıqda attestasiyadan keçmiş hesab olunur. Eyni zamanda, Qaydanın 4.6-cı bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxs və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.