Meşələrdə və taxıl zəmilərində yanğın baş verməməsi üçün profilaktik tədbirlər həyata keçirilir
Bakı, 2 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) meşələrdə və digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası “Yanğın Təhlükəsizliyi Haqqında” Qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı tədbirlər görür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, havaların isti və quraq keçməsi ilə əlaqədar taxıl zəmilərində, meşələrdə yanğınların təhlükəsi artmışdır. Bunun qarşısını almaq məqsədi ilə ETSN-in Fövqəladə Hallar Mərkəzi meşə mühafizə mühəndisləri, meşəbəyləri və yanğın keşikçilərinə təlim-məşqlər keçirmişdir. Təhlükə gözlənilən ərazilərdə 625 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqların çəkilməsinə başlanılmışdır.
Meşə Mühafizəsi və Bərpası Müəssisələri texniki avadanlıqla təchiz olunmuş, taxıl biçini zamanı fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılmış, meşəətrafı ərazilərdə minerallaşdırılmış zolaqlar yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]