“Məşğulluğa dəstək layihəsi” üzrə daha bir qrup işsiz şəxs üçün kiçik bizneslər yaradılıb
Bakı, 28 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” çərçivəsində Sabirabad rayonunda layihə iştirakçılarına seçdikləri istehsal və xidmət sahələri üzrə avadanlıqlar verilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, həmin rayon və ətraf rayonlar üzrə daha 20-yə yaxın işsiz şəxsə aktivlər verilməklə onlar üçün kiçik bizneslər yaradılıb.
Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlim sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslərə avadanlıqlar verilərək kiçik bizneslərini qurmağa dəstək göstərilir.