“Məşğulluğa dəstək layihəsi”nə cəlb olunanların sayı 7533-ə çatıb
Bakı, 10 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi”nə indiyədək 7533 işsiz şəxs cəlb edilib. Onlardan 5400-ə yaxın şəxsə aktivlər verilərək istehsal və xidmət sahələri üzrə kiçik biznesləri yaradılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin ötən dövründə proqrama daha 1000-ə yaxın şəxs cəlb olunub. Layihə iştirakçıları üçün əvvəlcə təlimlər təşkil olunur. Təlimlərin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edənlər avadanlıqlarla təmin olunurlar.
Layihənin məqsədi işsiz kimi qeydiyyata alınmış əlilliyi olanlar, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və digər həssas qruplara aid şəxslərin özünüməşğulluq üzrə kiçik biznesə çıxışına şərait yaradılmasıdır.
Layihə üzrə 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]