MƏŞHUR AKTYOR ÖMƏR ŞƏRİF EYZENŞTEYN ADINA MEDALIN İLK LAUREATI OLMUŞDUR
Eyzenşteyn adına medal bu ilin mayında YUNESKO-nun “Mosfilm”lə və Rusiyanın “Vivat” Teatr və musiqi sənətinə dəstək xeyriyyə fondu ilə bağladığı sazişə uyğun olaraq təsis edilmişdir. Medalın üstündə böyük Rusiya kinematoqrafçısının portreti və avtoqrafı həkk olunmuşdur. Hələlik medalın yalnız 25 nüsxəsi zərb edilmişdir.
Misir mənşəli artist mükafatı qəbul edərək, Sergey Eyzenşteynin ruhuna ehtiramını bildirmişdir. Aktyorun sözlərinə görə, S.Eyzenşteyn “müasir kinonu ixtira etmişdir”. O həmçinin öz peşəsinə minnətdarlığını bildirmişdir. Məhz peşəsi sayəsində aktyor dünyanın bir çox mədəniyyətləri ilə tanış olmuş, başa düşməyi dözümlü olmağı oyrənmişdir. Ömər Şərif demişdir: “Bu medal həyatda inandığım hər şeyin rəmzidir”.
73 yaşlı Ömər Şərif kinematoqrafda uzun ömrü ərzində 70-dən çox rol oynamış, o cümlədən Boris Pasternakın “Doktor Jıvaqo” romanı və Fyodor Dostoyevskinin “Şeytanlar” əsəri üzrə yaradılmış eyniadlı filmlərdə çəkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]