Metronun “Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib
Bakı, 14 noyabr, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, hadisənin metro sərnişinlərinə təsirinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib. Sərnişinlərin hərəkəti “28 May” stansiyası istiqamətindən təmin edilib.
“Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.
Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]