MEXLİSİN KOMİSSİYASI DƏMƏŞQLƏ RAZILIĞA GƏLDİ
Onun sözlərinə görə, komissiyanın başçısı Almaniya detektivi Detlev Mexlisin Dəməşqlə bu razılığı barədə xəbərdən baş katib Kofi Annan çox razı qaldığını söyləmiş və ümidvar olduğunu bildirmişdir ki, “Suriya hökumətinin BMT komissiyası ilə əməkdaşlığı bütün təhqiqat ərzində davam edəcəkdir”.
Bundan əvvəl Dəməşq təkid edirdi ki, Mexlisin komissiyası şübhəli şəxsləri Suriya ərazisində onların vəkillərinin iştirakı ilə dindirsin. Suriyanın belə mövqe tutması ilə əlaqədar olaraq, Mexlis onu Həririnin qətli üzrə beynəlxalq təhqiqatı qəsdən pozmaqda təqsirləndirmək niyyətində idi.
Dekabrın 15-dən gec olmayaraq, Mexlis BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin necə yerinə yetirildiyi barədə Təhlükəsizlik Şurasına məruzə təqdim etməlidir. Oktyabrın 31-də BMT TŞ Dəməşqin bu komissiya ilə tam həcmdə əməkdaşlıqdan boyun qaçıracağı təqdirdə Suriyaya qarşı sanksiyalar tətbiq etməklə hədələmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]