Mika Salo Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü stüardıdır
Bakı, 8 iyun, AZƏRTAC
Formula 1 çempionatının sabiq pilotu Mika Salo FIA (Beynəlxalq Avtomobil Federasiyası) tərəfindən Azərbaycan Qran-Prisinin üçüncü stüardı roluna dəvət edilib.
AZƏRTAC xəbər verir ki, mübahisəli anları onunla bərabər FIA-nın Ümumdünya Şurasının üzvü Qari Konelli və FIA-nın stüardı Matteo Perini araşdıracaqlar.
Bu il Derek Uorik Bəhreyn və Monakoya, Enrike Bernoldi Səudiyyə Ərəbistanına və Avstraliyaya, Mika Salo İmolaya, Denni Sallivan Mayamiyə və Vitantonio Luitsi İspaniyaya stüard qismində dəvət alıblar.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi Bakıda iyunun 10-12-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.09.2026 [15:48]
Formula 1: Corc Rassell liderliyini qoruyur
- 24.09.2026 [17:21]
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]