Milanda şəxsi təyyarə evə çırpılıb, 8 nəfər ölüb
Roma, 3 oktyabr, AZƏRTAC
İtaliyada şəxsi təyyarə hava limanından qalxdıqdan qısa müddət sonra Milanda ofis binasına çırpılıb. Təyyarədəki 8 sərnişin həlak olub.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində ofis binasında yanğın baş verib, lakin yeni tikilən bina boş olduğu üçün xəsarət olan olmayıb.
Şahidlərin dediyinə görə, təyyarə binanın üzərinə düşərək partlayıb.
Yerli mətbuatın yazdığına əsasən, qurbanlardan biri uşaqdır.
“Rai TV”nin məlumatına görə, təyyarənin göyərtəsində fransızlar olub, lakin bu məlumat hələ rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, təyyarə Milanın “Linate” aeroportundan havaya qalxıb və Sardiniya adasına getməli idi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]