Millətlər Liqası: İspaniya yığması 9 qolun vurulduğu matçda Fransaya qalib gələrək finala yüksəlib
Bakı, 6 iyun, AZƏRTAC
UEFA Millətlər Liqasında sonuncu finalçı bəlli olub.
AZƏRTAC xəbər verir ki, yarımfinalda Fransa yığmasını 5:4 hesabı ilə məğlub edən İspaniya millisi həlledici görüşə vəsiqə qazanıb.
Almaniyanın Ştutqart şəhərində keçirilən matçda ispanların qollarını Niko Uilyams, Mikel Merino, Lamin Yamal (2) və Pedri vurublar. Fransızların heyətində isə Kilian Mbappe, Rayan Çerki, Dani Vivian (avtoqol) və Randal Kolo Muani fərqləniblər.
Qeyd edək ki, İspaniya millisi finalda Portuqaliyaya rəqib olub. Həlledici qarşılaşma iyunun 8-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]