Milli Arxiv İdarəsi tərəfindən 20 Yanvar faciəsi ilə bağlı virtual sərgi açılıb
Bakı, 19 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində Milli Arxiv İdarəsi tərəfindən Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında “Qanlı yanvar...Danışır...arxiv sənədləri...” sərlövhəli virtual sərgi hazırlanıb.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, sərgidə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhərində həyata keçirdikləri qırğınlar və vandalizm aktlarını əks etdirən fotoşəkillərdən bir qismi yer alıb.