Milli Gimnastika Arenasında məşqçilik və hakimlik seminarı start götürüb
Bakı, 30 avqust, AZƏRTAC
Bakıda Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Noha Abu Şabananın rəhbərliyi altında məşqçilik və hakimlik seminarı start götürüb.
Azərbaycan Gimnastika Federasiyasından (AGF) AZƏRTAC-a verilən məlumata görə, Milli Gimnastika Arenasında keçirilən tədbirdə 60-dan çox iştirakçı yer alır.
AGF-nin təşkilatçılığı ilə iki gün davam edəcək seminar yerli mütəxəssislərin növbəti Olimpiya dövründə yeni qaydalara yiyələnməsi məqsədini daşıyır.