Milli Hidrometeorologiya Xidməti: Dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb
Bakı, 21 fevral, AZƏRTAC
Faktiki hava açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, saat 21:00-a olan məlumata əsasən ölkə ərazisində soyuq, fasilələrlə qarlı hava şəraiti davam edir. Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Yevlax, Hacıqabul, Göyçay, Zərdab, İmişli, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Şuşa, Laçın, Xankəndi, Qubadlıda qar yağır. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 22 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.4 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [18:53]
“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub
- 10.06.2026 [17:59]