MƏDƏNİYYƏT
Milli Kitabxana “Həsən bəy Zərdabi – 180” adlı elektron daycesti istifadəçilərə təqdim edib
Bakı, 4 avqust, AZƏRTAC
2022-ci ildə milli mətbuatımızın banisi, mütəfəkkir, ədib, maarifçi-demokrat Həsən bəy Zərdabinin anadan olmasının 180 illiyi tamam olur. Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Həsən bəy Zərdabi – 180” adlı elektron daycest hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, daycestdə Həsən bəy Zərdabi ilə bağlı 2018-2022-ci illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr araşdırılıb və seçmə yolu ilə istifadəçilərə təqdim olunub. Daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini görkəmli ictimai xadimin həyat və yaradıcılığı, ölməz irsi haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.
Elektron daycestlə tanış olmaq istəyənlər http://anl.az/down/H.Zerdabi.pdf linkindən istifadə edə bilərlər.