Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclis Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova budəfəki iclasın Azərbaycan tarixinin şanlı hadisəsi ərəfəsində keçirildiyini diqqətə çatdırıb. Noyabrın 8-də xalqımız 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəmizi - Zəfər Gününü qeyd edəcək.

Milli Məclisin sədri bu Zəfəri Azərbaycana bəxş etmiş Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizin cəsur əsgər və zabitlərinə, qazilərimizə Milli Məclis adından minnətdarlığını bildirib, onları ürəkdən təbrik edib.

Sahibə Qafarovanın təklifinə əsasən, Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlanıb. Məktubda Azərbaycan xalqının və dövlətinin rifahı və yüksəlişi naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulanıb.

Heç bir müharibənin itkisiz keçmədiyini təəssüflə bildirən Milli Məclisin sədri Vətən müharibəsində əsgər və zabitlərimizin həyatını itirdiklərini qeyd edib. Birinci və İkinci Qarabağ müharibəsində Vətən üçün canından keçən canını fəda etmiş şəhidlərimizin, Ermənistanın törətdiyi soyqırımı və dövlət terrorizmi aktları nəticəsində dinc şəhər və kəndlərimizdə dünyasını dəyişmiş insanlarımızın - mülki şəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Plenar iclasda 10 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra Milli Məclisin sədri bildirib ki, birinci məsələ 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı barədədir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bir il bundan əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimizin qazandığı hərbi zəfər Azərbaycanın müstəqillik tarixinin müstəsna əhəmiyyətli hadisələrindəndir. Tarixə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirilib, Azərbaycan torpaqlarının böyük bir hissəsi işğaldan azad olunub. Döyüş meydanında qazanılan böyük Zəfər siyasi-diplomatik müstəvidə də təsdiqlənib, Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla Azərbaycana qaytarılması nəticəsində tarixi ədalət bərpa olunub. Azərbaycan BMT-nin, digər beynəlxalq təşkilatların qərarlarının icrasını öz gücü ilə təmin edib, uzun illər ərzində dövlətimizin inkişafına mane olan Ermənistan-Azərbaycan münaqişəsinə son qoyub.

Sahibə Qafarova qeyd edib ki, təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar açan bu şanlı Qələbənin əldə edilməsi bir neçə amillə bağlıdır. Əlbəttə, ən mühüm amil son 28 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomenidir. 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra ulu öndər Heydər Əliyevin həyata keçirməyə başladığı, daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaradıcı surətdə davam etdirdiyi quruculuq və inkişaf strategiyası Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə və geniş bir bölgədə söz sahibinə çevirib. Xalqın maraqları və tələbatı üzərində qurulan dövlət siyasəti qarşıya qoyulan hər bir vəzifəni uğurla yerinə yetirməyə imkan verir.

Milli Məclisin sədri vurğulayıb ki, Qələbənin daha bir amili ölkəmizin nəhəng siyasi, iqtisadi və hərbi potensialının yaradılması, müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələrin formalaşdırılması olub. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında layiqli yer tutur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin döyüş meydanında nəyə qadir olduğunu bütün dünya görüb yəqin etdi. Misilsiz fədakarlıq və əzmkarlıq sayəsində Şuşanı, digər şəhər və kəndlərimizi düşməndən təmizləyən əsgər və zabitlərimizin qəhrəmanlığı bizim qürur mənbəyimizdir. Bu gün Azərbaycan Ordusunun döyüş taktikası dünyanın bir çox ölkələrinin hərbi məktəblərində öyrənilir.

S.Qafarova deyib ki, böyük Zəfərin bir amili də ölkəmizdə mövcud olan milli birlikdir. Müharibə günlərində xalqımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşmişdi. Azərbaycan xalqının bütövlüyünün rəmzinə çevrilən bu yumruq düşmənə endirilən ağır zərbələrin ifadəsi idi. Bu birliyin və qüvvətin qarşısında düşmən duruş gətirə bilməzdi və gətirə də bilmədi.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin dediyi kimi, İkinci Qarabağ müharibəsində Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq”.

Sahibə Qafarova vurğulayıb ki, bu gün Azərbaycan bayrağı Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır. Erməni vandalları tərəfindən viran qoyulmuş şəhər və kəndlərimizin bərpası ilə bağlı irimiqyaslı layihələr icra olunur. Bütün layihələrin həyata keçirilməsinə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva gündəlik diqqət göstərir və nəzarət edirlər.

Sahibə Qafarova bölgənin bərpası işlərində Vətən müharibəsində bizə mənəvi dəstək vermiş dost və qardaş ölkələrin də cəlb edildiyini bildirib: “Bu yaxınlarda biz Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzulidə Beynəlxalq Hava Limanını açmalarını, Zəngilanda Zəngəzur dəhlizinin təməlini qoymalarını, digər böyük layihələrin icrasına xeyir-dua vermələrini böyük sevinc hissi ilə izlədik. Əminliklə söyləyə bilərik ki, Qarabağın və Şərqi Zəngəzurun iqtisadi dirçəlişi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgə Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcək”.

Sahibə Qafarova deyib ki, biz sonsuz qürur hissi ilə yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qaytardıqlarına görə Müzəffər Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə əbədi minnətdarlıq borcumuz var. Odur ki, biz qürurla söyləyirik: “Müdrik rəhbərimizə, qəhrəman ordumuza, mətin xalqımıza eşq olsun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”

S.Qafarova çıxışının sonunda Zəfər Günü münasibətilə Milli Məclisə bir sıra ölkələrin parlamentlərindən və beynəlxalq parlament təşkilatlarından çoxsaylı təbrik məktubları gəldiyini diqqətə çatdırıb.

Milli Məclis gündəlikdəki məsələlərin müzakirəsinə “8 Noyabr - Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı” ilə başlayıb. Müzakirələrin gedişatında bəyanatın layihəsinin hazırlanması üçün Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin sədrliyi ilə deputatlar Ziyafət Əsgərov, Hicran Hüseynova, Qənirə Paşayeva, Sabir Hacıyev, Tural Gəncəliyev və Cavid Osmanovdan ibarət komissiya yaradılıb.

Müzakirələrdə çıxış edən deputatlar Fazil Mustafa, Zahid Oruc, Mahir Abbaszadə, Musa Qasımlı, Elman Nəsirov, Emin Hacıyev, Musa Quliyev, Bəxtiyar Əliyev, Bəhruz Məhərrəmov, Aydın Mirzəzadə, Qənirə Paşayeva, Qüdrət Həsənquliyev və Milli Məclis sədrinin müavini Adil Əliyev əvvəlcə Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Ordumuza, bütün xalqımıza, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyon azərbaycanlıya təbriklərini çatdırıblar.

Çıxışlarda 44 günlük Vətən müharibəsində xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyi qeyd olunub. Azərbaycan Prezidentinin həm hərb meydanında, həm də diplomatik cəbhədə və informasiya müharibəsində yüksək intellekt, qətiyyət və cəsarət, sərkərdəlik məharəti, təmkin, vətənsevərlik kimi ali keyfiyyətlər nümayiş etdirdiyi, Qarabağın xilaskarı kimi tarixə düşdüyü, işğaldan azad olunmuş torpaqlarda sürətli bərpa və yenidənqurma işləri apararaq beynəlxalq aləmdə qurucu dövlət başçısı kimi tanındığı vurğulanıb. Azərbaycan Ordusunun öz gücünü və döyüş meydanında hərbi məharətini dünyaya nümayiş etdirdiyi, əsgər və zabitlərimizin igidliyi, Vətən uğrunda canlarından keçdiyi ehtiramla yad edilib. Ərazi bütövlüyümüz uğrunda şəhid və qazi olanlara, onların ailələrinə münasibətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısından söz açılıb. Vətənpərvər oğullar yetişdirən Azərbaycan xalqının qüdrətli və ədalətli xalq olduğu, torpağına və tarixinə sahib çıxmağı bacardığı, dövlətinə və dövlətçilik ənənələrinə sədaqətlə xidmət etdiyi, Azərbaycan bayrağının şərəfini uca tutduğu qeyd edilib. Vətən müharibəsi günlərində Milli Məclisin tam heyətdə səfərbər olaraq qələbə uğrunda əzmlə fəaliyyət göstərdiyi bildirilib. Bir yaşını qürurla qeyd etdiyimiz Zəfər Gününün Azərbaycan tarixində müstəsna rola malik müqəddəs gün olduğu, bütün türk dünyası üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Sonra iclasda Cavid Osmanov 8 Noyabr - Zəfər Günü ilə əlaqədar komissiyanın hazırladığı bəyanatın layihəsi ilə deputatları tanış edib. Mətn alqışlarla qarşılanıb və “8 Noyabr - Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı” səsə qoyularaq qəbul edilib.

Gündəlikdəki ikinci məsələ “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsi olub. Sahibə Qafarova qeyd edib ki, hüquqi və demokratik dövlətin əsas təməllərindən biri olan insan hüquqlarının və azadlıqlarının müdafiəsi, ölkə həyatında mərhəmət və humanizm prinsiplərinin bərqərar edilməsi Azərbaycan Prezidentinin həyata keçirdiyi dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Onun rəhbərliyi altında səmərəli fəaliyyəti ilə böyük nüfuz qazanmış əfvetmə və bağışlama institutu şəxsiyyətə inam və hörmət, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasına kömək göstərir.

S.Qafarova bildirib ki, 2003-cü ildən etibarən dövlət başçısının təşəbbüsü ilə çoxsaylı amnistiya aktları qəbul olunub və bu aktlar on minlərlə insana şamil edilib. Üç gün bundan əvvəl isə Prezident İlham Əliyev Zəfər Günü münasibətilə amnistiya elan edilməsi barədə təşəbbüs irəli sürüb və müvafiq qərar layihəsini Milli Məclisə təqdim edib. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində geniş müzakirə olunub.

Plenar iclasda “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin şərhi dinlənilib.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda həyata keçirdiyi humanizm siyasətindən söz açan Əli Hüseynli bildirib ki, həmin siyasətin vacib istiqamətlərindən biri cinayət törətmiş, cinayətini etiraf etmiş və peşman olmuş şəxslərə qarşı humanizm, onların əfv edilməsi, bağışlanması olub. Nəzərə çatdırıb ki, məhz bu siyasətin davamı nəticəsində 1995-2021-ci illər ərzində əvvəlcə Heydər Əliyev, sonra isə İlham Əliyev tərəfindən 67 əfv fərman və sərəncamı qəbul edilib. Bunların nəticəsində 9 minə yaxın məhkum azadlığa buraxılıb.

Komitə sədri xatırladıb ki, həmin dövr ərzində parlamentdə 11 amnistiya qərarı qəbul olunub. Həmin amnistiya qərarlarından sonuncuları Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyeva deputat fəaliyyəti dövründə təqdim edib. Nəticədə sözü gedən dövr ərzində bütövlükdə 117 min şəxsə amnistiya qərarı tətbiq olunub.

Hazırda parlamentin müzakirəsinə çıxarılmış yeni amnistiya qərarını şərh edən komitə sədri bu sənədin Prezidentin tapşırığı əsasında Prezident Administrasiyasında hazırlandığını bildirib. Başçılıq etdiyi komitədə layihənin geniş müzakirə olunduğunu və deputatların irəli sürdükləri təkliflərin plenar iclasa təqdim edilmiş variantda öz əksini tapdığını qeyd edib.

Bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim olunan amnistiya sənədi ənənəvi olaraq preambula və 4 hissədən ibarətdir. Preambulada 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin işğaldan azad olunmasının Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti vurğulanıb və məhz Zəfər Günü ərəfəsində Vətən müharibəsinin birinci ildönümü ilə bağlı amnistiya təşəbbüsünün zərurəti əsaslandırılıb. Sənəddə amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapıb.

Layihəyə görə, bu qərar qəbul olunduğu gündən amnistiya qüvvəyə minir və əlaqədar orqanlar tərəfindən 4 ay müddətində amnistiyanın tətbiqi təmin edilməlidir. Bildirilib ki, bu qərar indiyə qədər qəbul olunmuş amnistiyalar sırasında öz əhatə dairəsinə görə ən geniş qərardır.

Sonra parlamentdə müzakirələr başlanıb. Deputatlar Fəzail Ağamalı, Aydın Hüseynov, Etibar Əliyev, Zahid Oruc, Fazil Mustafa, Məlahət İbrahimqızı, Bəxtiyar Əliyev, Kamal Cəfərov sənədə müsbət münasibətlərini bildiriblər, təkliflərini və suallarını diqqətə çatdırıblar. Sənədin humanist mahiyyət daşıdığı vurğulanıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü ilə bağlı 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi Azərbaycan dövlətinin növbəti humanist addımı kimi yüksək dəyərləndirilib.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli suallara aydınlıq gətirib. Müzakirəyə çıxarılan sənədin indiki dövrün ən böyük amnistiya aktı olduğunu və Zəfər Günü ərəfəsində bu amnistiyanın Azərbaycan cəmiyyətinin insan hüquqlarına, haqqa-ədalətə inamını daha da möhkəmləndirəcəyini vurğulayıb.

Plenar iclasda “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi səsə qoyulub və qəbul edilib.

Sonra iclasda üçüncü oxunuşda müzakirəyə təqdim olunmuş 4 qanun layihəsinə baxılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərovun, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin məlumatları dinlənilib. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş), “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

İclasda bir oxunuşda müzakirəyə çıxarılmış “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələyə də müsbət münasibət bildirilib.

Sonra ikinci oxunuşda parlamentə təqdim olunmuş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələyə də baxılıb.

Deputatlar bu sənədi ikinci oxunuşda dəstəkləyiblər.

İclasın yekununda birinci oxunuşda təqdim olunmuş 2 qanun layihəsi - “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” yubiley medalının təsis edilməsi (birinci oxunuş) və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalının təsis edilməsi (birinci oxunuş) ilə əlaqədar olaraq “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə məlumatlar dinlənilib.

Fikir mübadiləsində deputatlar Etibar Əliyev, Aydın Mirzəzadə, Siyavuş Novruzov, Fazil Mustafa, Vahid Əhmədov rəy və təkliflərini bildiriblər.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub və birinci oxunuşda qəbul edilib.

İclası yekunlaşdıran Milli Məclisin sədri Sahibə Qafarova deputatları qarşıdan gələn 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə də təbrik edib, xoş arzularını çatdırıb.

Bununla da Milli Məclisin növbəti iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO