MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Sonra Milli Məclisin sədri Avropa İttifaqının dəstəyi ilə regionda həyata keçirilən irimiqyaslı layihələrdən, Azərbaycanın və ümumən regionun inkişaf perspektivlərindən, bu inkişafa maneə olan amillərdən danışmışdır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən problemin indiyədək həll olunmadığını xatırlatmışdır. Oqtay Əsədov Avropa İttifaqının, onun qurumlarının bu münaqişənin həllində fəal iştirak edəcəyinə ümidvar olduğunu vurğulamışdır.
Ətraflı məlumat üçün minnətdarlıq edən Benita Ferrero-Valdner demişdir ki, Avropa İttifaqı və onun qurumları Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Azərbaycanın Avropaya inteqrasiyası, Avropa İttifaqının yeni qonşuluq siyasətinə daxil edilməsi öz bəhrəsini verəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.