Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin 2017-ci ildə son iclası keçirilib

Bakı, 29 dekabr, AZƏRTAC

Dekabrın 29-da Milli Məclisin 2017-ci il payız sessiyasında son iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası Milli Məclisin sədri Oqtay Əsədov aparıb.

Gündəliyin təsdiqindən sonra deputatlar Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Zahid Oruc, Qənirə Paşayeva, Rasim Musabəyov, Əflatun Amaşov, Aytən Mustafazadə, Tahir Kərimli, Fuad Muradov, Musa Qasımlı, Hikmət Məmmədov, İlham Əliyev ölkə gündəmindəki vacib məsələlərlə bağlı fikirlərini bildiriblər.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Əvvəlcə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında məsələ ilə əlaqədar məlumat verib. Bildirilib ki, ölkə Prezidenti tərəfindən Konstitusiyaya müvafiq olaraq Qabil Neymət oğlu Məmmədovun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi təqdim edilir. Komitə sədri fikirlərini bildirdikdən sonra namizədin təqdimatı təsdiqlənib.

Sonra parlament sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Milli Məclisin 2002-ci il 15 noyabr tarixli Qərarında dəyişikliklər edilməsi barədə sənədi təqdim edib. Birinci vitse-spiker bildirib ki, qərara təklif olunan dəyişiklik ölkəmizdə keçirilmiş sonuncu referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərlə bağlıdır. Vitse-spiker sənəddə aparılan redaktə xarakterli dəyişiklikləri şərh edib. Sənəd səsə qoyularaq qəbul edilib.

Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Birinci vitse-spiker bildirib ki, hazırda qüvvədə olan qanun 1991-ci ildə qəbul olunub. Yeni qanun layihəsinin qəbul olunması zərurəti isə ölkəmizdə keçirilmiş sonuncu referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərdən sonra yaranıb. Bu sənəd Silahlı Qüvvələrimizin hüquqi bazasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanun layihəsi çərçivə xarakterlidir və ümumi prinsipləri müəyyən edir. Ziyafət Əsgərov sənədin əvvəlki oxunuşlarda müzakirəsindən sonra aparılan dəyişiklikləri diqqətə çatdırıb. Qanun layihəsi səsvermə yolu ilə təsdiqlənib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin təsdiq edilməsi barədə” qanun layihəsini təqdim edib. O, sənədin əhəmiyyəti və qardaş ölkələrlə strateji əlaqələrin genişləndirilməsi sahəsində görülən işlərdən danışıb. Deputatlar Bəyannaməni səsvermə yolu ilə təsdiqlədilər.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə sənədlə əlaqədar məlumat verib. Saziş səsə qoyularaq qəbul edilib.

Sonra aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Azərbaycan və Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Komitə sədri hazırda dünyada ətraf mühitin qorunması, bitki və heyvan sağlamlığının mühafizəsi sahəsində görülən işlərə dəstək olaraq belə bir sənədin qəbul edilməsinin zəruriliyini vurğulayıb. Sənəd səsə qoyularaq təsdiqlənib.

Birinci vitse-spiker Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Sənədlə bağlı məlumatda bildirilib ki, qanun layihəsi 18 maddədən ibarətdir. Sazişdə hər iki tərəflə əməkdaşlıq edəcək orqanların adları, əməkdaşlığın formaları, yardımın növləri və digər məsələlər öz əksini tapır. Saziş müddətsiz olaraq bağlanılıb. Qanun layihəsi səsvermə yolu ilə təsdiq edilib.

Sonra regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədləri birlikdə şərh edib. Qeyd olunub ki, hər iki sənəddə dəfn mərasimləri ilə əlaqədar bələdiyyələrin vəzifələri müəyyənləşdirilir. Sənəddə qəbiristanlıqların salınması və idarə olunmasında bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsini təmin etmək məqsədilə bəzi dəyişikliklər edilib. Bildirilib ki, qanunun 7.2-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən qəbiristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında sənədlə bağlı məlumat verib. Qeyd edilib ki, sənəd qanunvericiliyin dəqiqləşdirilməsi, gömrük nəzarəti zamanı şəxsi yoxlama (videoçəkilişdən istifadə etməklə şəxsi yoxlamanın aparılması) ilə bağlı məsələləri tənzimləmək məqsədilə hazırlanıb. Qanunla bağlı hal şahidlərinin iştirakı yalnız şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədiyi hallarda məcburi olacaq. Eyni zamanda, şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı hallarda videoçəkilişdən istifadəyə yol verilməyəcək. Müzakirələrdən sonra sənəd səsvermə yolu ilə təsdiqlənib.

Sonra Ziyad Səmədzadə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edib. Qeyd olunub ki, qanun layihəsi sahibkarlıq subyektlərinə dövlət dəstəyi və güzəştlərin tətbiqinin səmərəliliyini artırmaq üçün onların mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üzrə təsnifləşdirilməsi məqsədilə hazırlanıb. Sənəd səsvermə yolu ilə təsdiqlənib.

Sonra əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edib. Komitə sədri bildirib ki, sənəddə aparılan dəyişiklik Miqrasiya Məcəlləsinə uyğunlaşdırma xarakteri daşıyır. Qanunun 7.1-ci (Turizm vizası) maddəsinə edilmiş əlavəyə əsasən, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. Bəndə edilən əlavəyə əsasən, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə buna ən geci 3 saat müddətində baxılacaq. Komitə sədri yeni əlavənin çox əhəmiyyətli və vacib olduğunu vurğulayıb, dəyişikliyin turizmin inkişafına, bu sahənin daha da təkmilləşdirilməsinə xidmət edəcəyini qeyd edib. Bildirilib ki, bu yenilik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə gəliş-gedişini asanlaşdırmış olacaq. Sənəd səsə qoyularaq təsdiqlənib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında sənədlə bağlı danışarkən bildirib ki, təklif olunan dəyişikliklər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə gediş-gəlişi zamanı çoxdəfəlik vizaların verilməsini vahid elektron portal vasitəsilə sürətləndirmək xarakteri daşıyır. Qeyd edilib ki, sənəddə bunun üçün 90 gün müddət nəzərdə tutulur. Sənəd səsə qoyularaq təsdiqlənib.

Sonra Əli Hüseynli “Yol hərəkəti haqqında” Qanunda təklif olunan dəyişiklikləri şərh edərkən bildirib ki, bu, ötən il qəbul edilmiş “Avtomobil yolları haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Dəyişikliklər redaktə xarakterlidir. Bu sənəd də səsə qoyularaq təsdiq edilib.

Əli Hüseynli “Dövlət qulluğu haqqında” Qanuna edilmiş dəyişikliklər barəsində məlumat verib. Qeyd edilib ki, ölkə Prezidentinin xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirlik və konsulluqlarında ticarət nümayəndəliklərinin təmin edilməsi barədə müvafiq Fərmanı var. Sənəddən irəli gələn prinsiplər bir neçə ölkədə həyata keçirilib. Təklif olunan dəyişikliklər bu ticarət nümayəndəliklərində aparatların yaradılması və orada çalışanların “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq təminatlarının yaradılması ilə bağlıdır. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

Məlumat verilib ki, “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan digər dəyişikliklərə görə isə qanuna “Dövlət qulluqçusunun şəxsi işi” və “Dövlət qulluqçusunun xidməti vəsiqəsi” adlı yeni maddələr əlavə olunur. Bu maddələr dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları və xidməti vəsiqəsi ilə bağlı normaları tənzimləyəcək. Bu dəyişikliklər də səsə qoyularaq təsdiqlənib.

Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklikləri də diqqətə çatdırıb. Qeyd edilib ki, sənəddəki dəyişikliklər texniki xarakterlidir. Sənəd səsvermə yolu ilə təsdiq edilib.

Sonra Ziyad Səmədzadə “Banklar haqqında” Qanuna dəyişikliklər edilməsi barədə sənədi təqdim edib. Bildirilib ki, burada dəyişikliklər bankların öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin müddətinin uzadılması imkanının artırılması məqsədilə hazırlanıb. Bu müddəa bu qanun qüvvəyə mindiyi tarixədək başlanılmış restrukturizasiya proseslərinə də şamil olunacaq. Sənəd səsvermə yolu ilə qəbul edilib.

İclasda deputat Məlahət İbrahimqızı “Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti”nin mətnini oxuyub. Müraciət təsdiq edilib.

İclasın sonunda Milli Məclisin sədri Oqtay Əsədov 2017-ci il payız sessiyasının sona çatması ilə əlaqədar yekun çıxış edib. Spiker deyib:

-Hörmətli deputatlar.

Milli Məclisin payız sessiyasının sonuncu iclası başa çatır. Eyni zamanda, biz qanunvericilik ilinə yekun vururuq. Görülmüş işlər belə deməyə əsas verir ki, bu bir ildə parlament səmərəli fəaliyyət göstərib. 24 iclas keçirilib, 472 qanun və qərar qəbul edilib.

Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi mexanizmi daha da təkmilləşdirilib.

Parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülüb. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər. İl ərzində 50-dən çox ölkəyə 180-ə qədər səfər həyata keçirilib. Millət vəkillərimiz Türkmənistanda keçirilən prezident seçkilərini, Qazaxıstanda və Bolqarıstanda keçirilən parlament seçkilərini, Türkiyədə keçirilən referendumu müşahidə ediblər.

Bu il 65-dən çox xarici dövlətin və beynəlxalq təşkilatın 150-dən artıq nümayəndə heyəti Milli Məclisdə olub. Beynəlxalq təşkilatların xətti ilə 5 beynəlxalq tədbirə ev sahibliyi edilib.

Beləliklə, Milli Məclis 2017-ci ili uğurla başa çatdırır. Bununla əlaqədar mən bütün millət vəkillərinə səmərəli fəaliyyətlərinə görə təşəkkür edirəm.

Xalqın maraqları və tələbatı üzərində qurulan siyasətinə görə cənab Prezidentə minnətdarlığımızı bildirirəm. Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə onu və ailəsini Milli Məclis adından səmimi qəlbdən təbrik edirəm, dəyərli fəaliyyətində ona yeni-yeni uğurlar arzulayıram.

Bayramlar münasibətilə bütün deputat həmkarlarımı ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, səadət, parlament fəaliyyətində yeni nailiyyətlər diləyirəm.

Əminəm ki, qarşıdakı dövrdə Milli Məclis əldə etdiyi uğurları daha da artıracaqdır.

Spiker Milli Məclisin payız sessiyasını bağlı elan edib.

Dövlət himni səsləndirildikdən sonra Milli Məclisin payız sessiyası öz işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO