Milli Məclisin deputatı Ankarada keçiriləcək qadınlara həsr olunmuş beynəlxalq tədbirdə iştirak edəcək
Bakı, 4 dekabr, AZƏRTAC
Türkiyənin paytaxtı Ankarada “İşdə qadın” mövzusunda 2-ci beynəlxalq zirvə görüşü keçiriləcək.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbirdə iştirak edəcək.
Türkiyənin Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə qadınların ictimai-siyasi həyatda rolu, onların sosial, iqtisadi sahələrdə fəallığının artırılması məsələləri müzakirə olunacaq.
Deputat ölkəmizdə qadınlara olan münasibət, Azərbaycan qadınlarının müxtəlif sahələrdə əldə etdikləri uğurlar barədə yığıncaq iştirakçılarına məlumat verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [14:06]