MİLLİ MƏCLİSİN KOMİSSİYASINDA
MM sədrinin birinci müavini, komissiyanın sədri Ziyafət Əsgərov gündəliyi elan etdikdən sonra birinci məsələ - “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında Avropa və Avratlantik inteqrasiya sahəsində əməkdaşlıq haqqında“ Memorandumun təsdiq edilməsi barədə” Qanunun layihəsi barədə məlumat vermişdir.
Sənədin ölkəmizin təhlükəsizliyinə uyğun olduğu nəzərə alınaraq Milli Məclisin iclasında müzakirəyə çıxarılması qərara alınmışdır.
Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini Müseyib Bayramov “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə”, İnzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Sərdar Məmmədov “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası qanunlarının layihəsi haqqında məlumat vermişlər.
Hər iki qanun layihəsi MM-in iclasında müzakirəyə tövsiyə olunmuşdur.
Komissiya üzvləri “Azərbaycan Respubıikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Qanunun layihəsinin də MM-in iclasında müzakirə olunması lehinə səs vermişlər.