Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 8-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu günlərdə keçirilən Bakı Konfransının uğurla başa çatdığını bildirərək deyib: “Əminliklə söyləmək olar ki, dünyada BMT-dən sonra ikinci ən böyük təşkilatın parlament ölçüsünün məhz bizim ölkəmizin səyləri ilə təsis olunması və fəaliyyətə başlaması Azərbaycan dövlətinin xarici siyasətinin növbəti böyük nailiyyəti hesab edilməlidir”.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin konfransda etdiyi əhatəli və dərin məzmunlu çıxış yeni dialoq və əməkdaşlıq platformasının fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından çox əhəmiyyətli oldu. Prezident ölkəmizin yeni təsisatdan gözləntilərini də ifadə edərək dedi: “Hesab edirəm ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik.

...Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq”.

Sahibə Qafarova qeyd edib ki, Parlament Şəbəkəsinin Bakı Konfransında xarici ölkələrin və beynəlxalq təşkilatların 50-yə yaxın nümayəndə heyətinin, başqa sözlə, 400-ə qədər nümayəndənin, o cümlədən 15 parlament sədrinin, 17 sədr müavininin iştirak etməsi bu mötəbər tədbirə göstərilən böyük maraq və diqqətin təzahürü idi.

Nümayəndə heyətlərinin rəhbərləri konfransda çıxışlarında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətini dəstəklədiklərini vurğulayaraq, ümid etdiklərini bildirdilər ki, Parlament Şəbəkəsi mütərəqqi bir parlament mexanizmi kimi dialoq mədəniyyətini inkişaf etdirəcək, bütün dünyada sülhə və sabitliyə töhfə verəcək, üzv ölkələrin bir-birinə daha da yaxınlaşmasında, əlaqələrin genişlənməsində müsbət rol oynayacaqdır. Eyni zamanda, onlar Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada nüfuzunun artdığını, dövlətimizin müdrik siyasət yürütdüyünü, öz siyasi kursunu uğurla həyata keçirdiyini, ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün səylər göstərdiyini qeyd etdilər.

Milli Məclisin sədri konfransdakı çıxışında Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qlobal miqyasda parlamentlərarası əməkdaşlığa töhfə verəcəyinə inandığını bildirdiyini deyib. Qeyd edib ki, bu gün dünyanın yaşadığı nəhəng transformasiya dövrü qlobal təhlükəsizlik və inkişaf strukturunu çox güclü və çox ciddi dəyişikliklərə məruz qoyur. Bu baxımdan, sülh, təhlükəsizlik və dayanıqlı inkişafın qorunub saxlanılmasında Qoşulmama Hərəkatının təməl idealları və rolu davamlı əhəmiyyət kəsb edir. O xatırladıb ki, konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnaməsi, Bakı Bəyannaməsi qəbul olunub, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq edilib, həmçinin, təşkilati məsələlərə baxılıb. Azərbaycan parlamentinin rəhbəri növbəti üç il üçün Parlament Şəbəkəsinin sədri, Venesuela, Fələstin və Liviya nümayəndələri sədr müavinləri seçiliblər.

Parlamentin sədri ona bu yüksək etimadın göstərilməsinin dövlətimizin beynəlxalq aləmdə qazandığı böyük nüfuzun yeni bir ifadəsi kimi dəyərləndirilməli olduğunu qeyd edib.

Milli Məclisin sədri bildirib ki, konfrans çərçivəsində onun 10 ölkənin parlament sədrləri ilə ikitərəfli görüşləri olub. Görüşlərdə yeni təsis edilən Parlament Şəbəkəsinin fəaliyyəti, eləcə də parlamentlərarası əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Azərbaycan parlamentinin rəhbəri xatırladıb ki, Bakı Konfransı başa çatdıqdan sonra, iyulun 2-də Konfrans iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərini, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhərini ziyarət ediblər.

Xarici ölkələrin və beynəlxalq parlament təşkilatlarının nümayəndələrinə Ermənistanın işğalı dövründə dağıdılmış və viran qoyulmuş şəhər və kəndlər, tarixi, dini və mədəni abidələr haqqında məlumat verilib. Qonaqlar işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq və abadlıq işləri ilə də tanış olublar.

Sahibə Qafarova onu da qeyd edib ki, Milli Məclisin ev sahibliyi ilə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı həm forma, həm də məzmun baxımından yüksək səviyyəli bir tədbir olaraq qarşısına qoyulan bütün hədəflərə nail oldu. Milli Məclisin sədri bununla əlaqədar tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonra deputatlar gündəliyə münasibət bildiriblər.

Gündəliyin qəbulundan sonra iclasda cari məsələlərin müzakirəsi keçirilib. Müzakirədə Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlardan Sahib Alıyev, Cavid Osmanov, Elşad Mirbəşir oğlu, Fazil Mustafa, Naqif Həmzəyev, Etibar Əliyev, Hikmət Məmmədov və Razi Nurullayev çıxış ediblər.

Deputatlar Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının əhəmiyyətindən söz açıb, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi dövründə 60 illik tarixə malik Qoşulmama Hərəkatının aktual beynəlxalq platformaya çevrilməsindən, hərəkatın institusional inkişaf istiqamətində atılan uğurlu addımlardan danışıblar. Milli Məclisin deputatları Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Azərbaycan parlamentinin spikerinin sədrliyi dövründə qurumun qlobal miqyasda parlamentlərarası əməkdaşlığa töhfə verəcəyinə əminliklərini bildiriblər.

Deputatlar çıxışlarında dünyada və regionda baş verən hadisələrə münasibətlərini bildiriblər, həmçinin seçiciləri düşündürən bir sıra aktual məsələlərlə bağlı qeydlərini və rəylərini səsləndiriblər.

Sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsi keçirilib.

Parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasda müzakirə olunacaq 15 məsələnin ilk üç məsələsi Milli Məclisin qərar layihələridir.

Sahibə Qafarova qeyd edib ki, birinci məsələ Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Milli Məclisin qərar layihəsidir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məsələ ilə bağlı məlumat verib.

Bildirib ki, Azərbaycan Respublikası Prezidenti Konstitusiyanın, “Məhkəmələr və hakimlər haqqında” Qanunun müvafiq maddələrini rəhbər tutaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsini parlamentin müzakirəsinə təqdim edib.

Deputat Tahir Kərimlinin məsələ ilə bağlı qeydləri dinlənildikdən sonra qərar layihəsi səsə qoyularaq qəbul olunub.

Gündəliyin ikinci məsələsini müzakirəyə təqdim edən Sahibə Qafarova bildirib ki, məsələ Milli Məclisin Əlcəzair parlamenti ilə əlaqələr üzrə işçi qrupunun yaradılması ilə bağlıdır. Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edən Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşdə qarşı tərəfin bu qrupun yaradılması istəyi ilə çıxış etdiyini bildirib. O məsələyə dair məlumat vermək üçün Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevaya söz verib.

Sevinc Fətəliyeva Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü, Afrika və ərəb ölkələrinin qabaqcıl ölkəsi kimi Əlcəzairlə parlamentlərarası əlaqələr üzrə qrupun yaradılmasının əhəmiyyətini vurğulayıb. O, qərar layihəsində yeni yaradılan qrupun rəhbərinin Milli Məclisin deputatı Mahir Abbaszadənin təyin edilməsinin nəzərdə tutulduğunu bildirib.

Beləliklə, "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

İclasın gündəliyində olan "Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi ilə bağlı Toponimiya komissiyasının sədri İsa Həbibbəyli məlumat verib. Komissiya sədri bildirib ki, “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 30 mart tarixli Qərarında “Məmmədzadə Aqşin Təvəkkül oğlu” sözləri “İsgəndərov Cavid Nizami oğlu” sözləri ilə, həmçinin “Dövlət quruculuğu üzrə qanunvericilik” sözləri “Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik” sözləri ilə əvəz edilir.

Milli Məclisin komitə sədri Siyavuş Novruzov və deputat Etibar Əliyev məsələ ilə bağlı fikirlərini və qeydlərini səsləndirdikdən sonra qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi hökumətlərarası sazişlərin təsdiqi və ləğvi haqqında qanun layihələridir. Qanun layihələri beynəlxalq müqavilələrlə bağlı olduğuna görə “Normativ hüquqi aktlar haqında” Konstitusiya Qanununun tələblərinə əsasən bir oxunuşda qəbul olunacaq. Parlamentin sədri bildirib ki, gündəliyin 4-cü məsələsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 1 müqavilənin təsdiqi və 1 sazişin təsdiqinə dair qanunun ləğv edilməsi haqqında qanun layihəsidir.

Məsələyə dair məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, müzakirəyə təqdim olunan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" Müqavilənin təsdiq edilməsi və "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Sazişin təsdiq edilməsi barədə" Qanunun ləğv edilməsi haqqında qanun layihəsi vətəndaşların pensiya təminatı sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi prosesinin davamıdır.

Azərbaycanla Rusiya arasında 1999-cu ildə pensiya təminatı sahəsində əməkdaşlıq sazişi imzalansa da, bu sənədin tətbiqi mümkün olmayıb. Bu baxımdan Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında 26 aprel 2022-ci il tarixində Bakıda imzalanmış pensiya təminatı sahəsində yeni əməkdaşlıq müqaviləsi hər iki dövlətin ərazisində əmək miqrantı kimi çalışan şəxslərin pensiya hüququ müdafiəsini gücləndirəcək.

Komitə sədri “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" Müqavilənin Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın pensiya hüququnun yaranması və pensiya məbləğinin yüksəlməsi imkanları barədə məlumat verib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva sazişlə bağlı komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə "Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

Mahir Abbaszadə bildirib ki, Azərbaycanla Litva arasında beynəlxalq avtomobil daşımaları haqqında 2022-ci il mayın 18-də Bakı şəhərində imzalanmış Saziş tərəflərin dövlətlərinin əraziləri arasında və ya dövlətlərinin ərazilərindən tranzit keçməklə beynəlxalq avtomobil daşımalarının sadələşdirilməsi və inkişaf etdirilməsi üçün bağlanıb. Sənəddə sərnişin daşımaları, yük maşınları üçün icazələr, təhlükəli və tezkorlanan yüklərin daşınması kimi məsələlər təsbit edilib, vergi və rüsumların tutulması qaydası, həmçinin sürücülər, avtonəqliyyat vasitəsi və daşımalar üçün irəli sürülən tələblər müəyyənləşdirilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva sazişlə bağlı komitənin müsbət rəyini bildirib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 4 məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındırlar. Qanun layihələrinin beynəlxalq konvensiyanın müddəalarının milli qanunvericiliyə implementasiyası ilə bağlı olduğunu və uyğunlaşdırma xarakteri daşıdığını bildirən Sahibə Qafarova ona görə də bu layihələrin bir oxunuşda qəbul ediləcəyini deyib. Əvvəlcə qanun layihələrinin təqdimatlarının keçirilməsi, müzakirələrinin birgə aparılması və sonra ayrı-ayrılıqda səsə qoyulması qərara alınıb.

Gündəliyin 6-cı, 7-ci və 9-cu məsələləri - Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, o cümlədən "Məhkəmələr və hakimlər haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Dəniz limanları haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi, həmçinin "Yol hərəkəti haqqında", "Prokurorluq haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Notariat haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnformasiya əldə etmək haqqında", "Biometrik informasiya haqqında", "Fərdi məlumatlar haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, bu qanun layihələri BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının ratifikasiyası ilə əlaqədar olaraq milli qanunvericiliyin həmin Konvensiyaya uyğunlaşdırılması tələbinin yerinə yetirilməsi məqsədi ilə hazırlanıb.

O bildirib ki, faktiki olaraq konvensiyanın bu müddəaları sahəvi qanun olan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda öz əksini tapıb. Amma Konvensiyanın tələblərinə əsasən, bu qanunlar paketinin qəbulu milli qanunvericiliyin tam olaraq bu Konvensiyanın prinsiplərə uyğunlaşdırılması prosesini tamamlayır.

8-ci məsələ - 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi"ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunla təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunla təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunla təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev məlumat verib.

O, bildirib ki, Qanun layihəsi BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının ratifikasiyası ilə əlaqədar olaraq Azərbaycan Hökumətinin üzərinə götürdüyü öhdəliklərin, xüsusilə də milli qanunvericiliyin həmin Konvensiyaya uyğunlaşdırılması tələbinin yerinə yetirilməsi məqsədi ilə hazırlanıb. Konvensiyanın sosial modelinin tələblərinə uyğun olaraq, əlilliyi olan şəxslərə qarşı alçaldıcı və təhqiredici söz və ifadələrin neytral, mənfi təsəvvürlər yaratmayan sözlərlə əvəz edilməsi məqsədi ilə layihədə bu dəyişikliklər təklif edilib.

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimlinin, İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimlinin təmsil etdikləri komitələrin sənədlərlə bağlı müsbət rəyləri dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti 4 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Bildirilib ki, layihə özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin vergitutma məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, özəl baytarlıq xidmətlərinin ƏDV-dən azad edilməsi, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə cəlb edilməsi təklif olunur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Bildirilib ki, qanun layihəsi iki oxunuşda qəbul edilib. Mətnlərdə hər hansı dəyişiklik edilməyib. Qanun layihəsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq hazırlanıb.

Layihə ilə bağlı Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Fazil Mustafa Mədəniyyət komitəsinin müsbət rəylərini diqqətə çatdırıblar.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (üçüncü oxunuş) mahiyyəti barədə danışıb. Bildirib ki, layihə sığortaolunanların qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi uçotunun təşkili ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. Bildirib ki, sənəd "Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə" və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2018-ci il 30 noyabr tarixli qanunlara uyğun olaraq hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti iki məsələsi Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub. Birinci oxunuşda müzakirəyə təqdim olunan bu qanun layihələri mahiyyətcə bir-bir birinə yaxındır.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirilib ki, ölkədə sığorta sektorunun inkişafının əsas strateji istiqamətlərindən biri də aparılan əməliyyatların rəqəmsallaşmasının həyata keçirilməsi ilə sığorta bazarının yeni biznes modellər və müasir xidmət təcrübələrinə uyğunlaşdırılmasıdır. Qeyd edilib ki, hazırda qüvvədə olan "İcbari sığortalar haqqında" qanunun mövcud redaksiyasına görə, yalnız avtomobil nəqliyyatı vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqavilələri elektron sənəd formasında bağlanılır. Qanunla tənzimlənən daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta müqavilələri isə kağız formasında bağlanılır. Müqavilələrin kağız formasında bağlanılması bəzi hallarda bir sıra problemlərin yaranmasına, xüsusilə fiziki təmas olmadan müvafiq icbari sığorta şəhadətnaməsinin əldə edilməməsinə, vətəndaşların saxtakarlıqla üzləşməsinə, təminatsız qalmalarına və sığorta müqavilələrində məlumatların dəqiqliyinin təmin edilməməsinə səbəb olur. Eyni zamanda, layihədə hadisə iştirakçıları tərəfindən doldurulan yol-nəqliyyat hadisələri barədə protokolun elektron formada tətbiq edilməsi imkanı da həmin protokola elektron çıxış imkanlarının yaradılmasını nəzərdə tutur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Nurlan Həsənov isə “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında məlumat verib. Bildirilib ki, layihə icbari sığorta informasiya sistemi ilə bir sıra dövlət orqanlarının informasiya sistemlərinin inteqrasiyasını nəzərdə tutur. Bu isə vətəndaş məmnunluğunun artırılmasına, vaxt itkisinin aradan qaldırılmasına, eyni zamanda, sui-istifadə hallarının qarşısının alınmasına xidmət edəcək. Deputat adları göstərilən qanunlar üzrə təklif olunan dəyişiklikləri nəzərə çatdırıb.

Bu qanun layihəsinə dair İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini bildirən deputat Əli Məsimli qeyd edib ki, nəzərdə tutulan dəyişikliklər “İcbari sığortalar haqqında” Qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırılma xarakteri daşıyır.

Sonra təqdim olunan son iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda deputat Fəzail Ağamalı çıxış edərək bəzi fikirlərini səsləndirib. Əvvəlcə, o Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransını yüksək qiymətləndirib. Qeyd edib ki, eyni zamanda, Gənclər Şəbəkəsinin də yaxın vaxtlarda toplantısının keçirilməsi nəzərdə tutulur. Bu da çox ciddi bir təşəbbüsdür. O bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın uzun müddətli parlament təcrübəsi, beynəlxalq təşkilatlarda fəaliyyəti onu deməyə əsas verir ki, Milli Məclisin sədri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri seçilməsi qurumun işinin yüksək səviyyədə həyata keçirilməsinə, Azərbaycan parlament təcrübəsinin dünyada yayılmasına töhfə verəcək.

Çıxışının davamında Fəzail Ağamalı son günlər kütləvi informasiya vasitələrində vaxtilə Xəzər dənizini hasarlamış ayrı-ayrı iş adamlarının qanunsuz hərəkətlərinə qarşı Bakı şəhəri İcra Hakimiyyətinin həyata keçirdiyi tədbirlər barədə yayılan məlumatlardan bəhs edib. O, Bakı şəhəri İcra Hakimiyyətinin xalqın maraqlarına xidmət edən bu addımını yüksək qiymətləndirdiyini bildirib və bunun davamlı olmasının vacibliyindən danışıb.

Gündəlikdəki məsələlərin qəbulundan sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, həm iclasımızın, həm də növbədənkənar sessiyamızın gündəliyinə daxil olan məsələlər başa çatdı. Növbədənkənar sessiya dövründə Milli Məclisin 5 iclası keçirilib, 38 qanun və 6 qərar qəbul edilib. O, bu qanunvericilik aktlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə xidmət edəcəyinə əminliyini ifadə edib.

Parlamentin sədri bildirib ki, növbədənkənar sessiya dövründə qanunvericilik fəaliyyəti ilə yanaşı, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülüb. O, həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlərin gələn sessiyanın uğurlarına da möhkəm zəmin yaratdığına inamını bildirib. Sahibə Qafarova səmərəli fəaliyyət üçün hamıya təşəkkürünü çatdırıb.

Milli Məclisin sədri qeyd edib ki, sessiyanın başa çatması gözəl bir bayram ərəfəsinə təsadüf edir. Sabah xalqımız dünya müsəlmanlarını mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən müqəddəs Qurban bayramını qeyd edəcəkdir.

Sahibə Qafarova bayram münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təbriklərini çatdırıb, onlara dəyərli fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Milli Məclisin sədri xalqımızı, deputatları və iclasda iştirak edən media nümayəndələrini Qurban bayramı münasibətilə təbrik edib və parlamentin növbədənkənar sessiyasını bağlı elan edib.

İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO