Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 5 mart, AZƏRTAC 

Martın 5-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın müzakirəsinə 18 məsələ çıxarılıb.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ombudsmanın 2018-ci il üçün illik məruzəsini təqdim edib. Bildirilib ki, illik məruzə qanuna uyğun olaraq Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş Prokurorluğa göndərilib. İllik məruzədə müvəkkilin mülki və siyasi, iqtisadi, sosial və mədəni hüquqların, habelə müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlər, elmi-analitik sahədə fəaliyyəti, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələri, beynəlxalq əməkdaşlıq məsələləri, eyni zamanda, insan hüquqlarının səmərəli təmin edilməsinə, əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələri əksini tapıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyi 2018-ci il tarixi hadisələrlə zəngin olub. Ölkəmizdə prezident seçkiləri keçirilib. Dövlətimizin başçısı İlham Əliyev seçkilərdə inamlı qələbə qazanaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilib. Seçkilər yüksək fəallıq şəraitində, demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilib, ölkəmizin hüquqi, demokratik dövlət quruculuğu və milli dövlətçilik prinsiplərinin sadiqliyini, xalqımızın öz Prezidentinə yüksək etimadını və dəstəyini bir daha təsdiqləyib.

Dərin islahatlar ili olan 2018-ci ildən sosial problemlərin həllinə yönəlmiş fərman və sərəncamlar, xüsusən bu günlərdə Azərbaycan Prezidentinin iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə verdiyi bir çox tapşırıqlar, o cümlədən problemli kreditlərin həlli əhalinin bütün qruplarını əhatə etməklə dövlətin ali məqsədi olan insan və vətəndaş hüquq və azadlıqların, vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir. “ASAN xidmət”, “ABAD”, “DOST”, “DAİM” mərkəzləri, KOB evləri, Əmlak Xidmətləri Məkanı, habelə Qida Təhlükəsizliyi Agentliyi və digər prioritet məsələlər üzrə yeni qurumlar yaradılıb ki, bunlar da birbaşa və ya dolayısı ilə insan hüquqlarının daha səmərəli təmin edilməsinə yönəlib.

Qeyd edilib ki, Müvəkkil 2018-ci ildə pozulmuş hüquqların bərpası və ya pozulmasının qarşısının alınması istiqamətində dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı davam etdirib. Hüquq mədəniyyətinin yüksəldilməsinə və hüquqi biliklərin yayılmasına xidmət edən, o cümlədən ənənəvi olaraq insan hüquqları üzrə aylıqlar çərçivəsində geniş maarifləndirmə tədbirləri həyata keçirilib. 2018-ci ildə Müvəkkilin ünvanına ümumilikdə 20 min 400 müraciət daxil olub, icraata qəbul edilmiş şikayətlərin 63,5 faizi təmin olunub. Sosial təminat hüququ, o cümlədən pensiyaların yenidən hesablanması, birdəfəlik yardım, müavinət, əlillik dərəcəsinin təyin olunması, sanatoriya-kurort yollayışının verilməsi ilə bağlı bir sıra müraciətlər araşdırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həllini tapıb. Respublikanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ötən il 626 mənzilin verilməsi bu qəbildən olan insanların sosial rifahının yüksəlməsinə xidmət edib.

Eyni zamanda, vətəndaşların təhsil hüququnun daha səmərəli təmin olunması məqsədilə son illərdə yeni məktəb binaları tikilib, 3200-dən çox məktəb binasında tikinti və əsaslı təmir işləri aparılıb, tədris və dərs vəsaitləri, müasir avadanlıqla təchizat yaxşılaşdırılıb. Ötən il 43 rayonda 140-dan çox modul tipli məktəb quraşdırılıb.

Məlumat verilib ki, ötən il vətəndaşlarda haqlı narazılıq doğuran pozuntulara görə 14 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 4 məhkəmə sədri aşağı işə keçirilib, 6 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfər tutduğu vəzifədən azad edilib, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. 2018-ci ildə aparılmış xidməti yoxlamaların nəticələri əsasında müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 31 prokurorluq işçisi, daxili işlər orqanlarının 399 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Sənəddə göstərilir ki, Müvəkkil və onun Milli Preventiv Qrupu ölkə ərazisində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 240-dək müəssisəyə, o cümlədən müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə 343, o cümlədən plan üzrə 220, plandankənar 123 başçəkmə keçirib.

Saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, qidalanma, tibbi xidmətin vəziyyəti öyrənilib, konfidensiallıq təmin olunmaqla ümumilikdə 3 min 114 saxlanılan şəxslə görüşlər keçirilib, müraciətlər yerində araşdırılıb, müvafiq tədbirlər görülüb, tövsiyələr verilib. Cəza siyasətinin humanistləşməsi və alternativ cəzaların tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən 6 minə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib, 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb, 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib. İndiyədək ölkəmizdə 11 amnistiya aktının, 64 əfv fərman və sərəncamının icrası nəticəsində minlərlə insan cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşub.

Müzakirələrdən sonra illik məruzə səsə qoyularaq nəzərə alınıb.

Daha sonra Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda şərh edib. Qeyd olunub ki, dəyişikliklər vəkillik fəaliyyətinin təkmilləşdirilməsi məqsədini daşıyır. İxtisas imtahanının ildə bir dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur. Vəkil olmaq istəyən şəxslər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidir. Layihəyə əsasən yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir. Habelə Vəkillər Kollegiyasına üzvlük haqqının vəkillik fəaliyyətinin dayandırıldığı dövrdə ödənilməməsi təklif edilir.

Əli Hüseynli, həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişikliyə uyğun olaraq reklam yerləşdirilməsi üçün nəzərdə tutulan ərazi 60 kvadratmetrdən az olduqda, tikintiyə icazə sənədinin alınmasına ehtiyac olmayacaq. Bu reklam qurğularının quraşdırılması və sökülməsi qaydası “Reklam haqqında” Qanuna təklif edilən dəyişikliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilir. Habelə “Reklam haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən reklama dair icazə özündə texniki şərtlər pasportunu da əks etdirir. Prosedur qaydaların sadələşdirilməsi məqsədilə icazə müqaviləsinin ləğvi təklif edilib. Müvafiq olaraq İnzibati Xətalar Məcəlləsində də dəyişikliklərin edilməsi təklif olunur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Reklam haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Qeyd olunub ki, təklif edilən dəyişikliklər reklam qurğularının tikintisinə, quraşdırılmasına və konstruktiv dəyişikliklərin aparılmasına icazənin verilməsi prosedurunun sadələşdirilməsi qaydalarını müəyyənləşdirir.

Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev “Gənclər siyasəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, qanun layihəsinin zəruriliyini əsaslandıran iki fundamental hüquqi sənədin biri Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, digəri isə dövlət başçısının 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər planlarıdır. Gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsi səmərəliliyinin artırılmasını ehtiva edən bu iki sənədin müvafiq olaraq 6.1.1-ci və 5.11.1-ci yarımbəndləri ilə normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili və onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması tədbir kimi müəyyən edilib. Həmin tədbirlərin həyata keçirilməsi istiqamətində də “Gənclər siyasəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.

Sonra Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini şərh edən komitə sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib. Məcəllənin 11-ci maddəsinə edilən dəyişiklik müvafiq qurumlar tərəfindən tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasının və tikinti fəaliyyəti sahəsində göstərdikləri xidmətlərin ödənişli əsaslarla həyata keçirilməsini nəzərdə tutur. Digər dəyişikliklər 75-ci maddənin təkmilləşdirilməsi məqsədilə təklif edilir. Bu təkliflər şəhərsalma fəaliyyətinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli və 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli fərmanlarında nəzərdə tutulub. Tikintiyə icazə verilərkən əvvəlcə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması təklif edilir. Rəyin müsbət olduğu təqdirdə isə müvafiq rəylərin verilməsi üçün sorğu göndərilməsi, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətini həyata keçirən orqanlarda işləyən əməkdaşların sosial müdafiəsini gücləndirmək məqsədilə Məcəllənin 106-cı maddəsinə də müvafiq əlavələr layihədə əksini tapıb.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini şərh edib.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsinə əsasən Məcəllənin 56-cı maddəsinə 10-cu bəndin əlavə edilməsi təklif olunur. Qanun layihəsi tikinti məqsədləri üçün torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmiş şəxsə həmin torpaq sahəsində aparıla biləcək tikinti barədə əvvəlcədən xidmət haqqı ödəməklə rəy verilməsini nəzərdə tutur. Bu rəyin məqsədi torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin yerləşdiyi ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu müəyyən etməkdir. Nəticədə, torpaq sahəsini əldə edən şəxs orada hansı tikilini apara bilməsini proqnozlaşdıra biləcək, öz ehtiyaclarına uyğun torpaq sahəsini əldə etməsi imkanı yaranacaq, habelə gələcəkdə istədiyi tikilini həyata keçirmək problemi ilə qarşılaşması ehtimalı aradan qalxacaq.

Xidmət haqqının ödənilməsi halları, qaydası və məbləği qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Komitə sədri Ziyad Səmədzadə “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunub. Dövlətimizin başçısının 2016-cı ildə imzaladığı dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı Fərmanından irəli gələn tapşırıqlara əsasən müvafiq qurumlar bu istiqamətdə lazımi addımlar atırlar. Təqdim olunan qanun layihəsi müəssisələrin borclarının silinməsi, onların səmərəli fəaliyyətinin bərpası üçün önəmli rol oynayır. Bu sənəd özəlləşdirilməsi nəzərdə tutulan 137 müəssisəni əhatə edir.

Qanun özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi məqsədi daşıyır. Sənəddə deyilir ki, dövlət əmlakının (müəssisəsinin) satıcısı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurum ilə birlikdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakının (müəssisəsinin) bu qanunun qüvvəyə minmə tarixinə olan əmlak və torpaq vergiləri üzrə borclarını dəqiqləşdirir. Özəlləşdirilən dövlət əmlakının (müəssisəsinin) qiymətləndirilməsi zamanı onun balans öhdəliklərində əks olunmuş debitor və kreditor borcları özəlləşdirmə planında ayrıca göstərilir.

Layihədə bu qanunun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borclarının silinməsi qaydaları əks olunub. Qaydalara görə, dövlət əmlakının özəlləşdirildiyi vaxtdan etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə ödənilməmiş borcların 70 faizi, iki il ərzində 50 faizi ödənildikdə ödənilməmiş borcların 50 faizi, üç il ərzində 70 faizi ödənildikdə isə ödənilməmiş borcların 30 faizi silinir.

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, qanun layihəsi xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növünü - geoloji parkları müəyyən edir. Geoloji parklar dedikdə xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi ərazilər nəzərdə tutulur.

Deputatlar, həmçinin “Pasportlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxıblar.

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda təqdim olunub.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edən Əli Hüseynli bildirib ki, dəyişikliklər “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli Qanununun icrası ilə əlaqədar təklif edilir.

İclasda Mülki Prosessual Məcəlləsində və “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

Komitə sədri Ziyad Səmədzadə “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb. Bildirib ki, qanun layihəsi dəqiqləşdirmə xarakterli düzəlişləri nəzərdə tutur.

Həmçinin Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda müzakirə olunub.

Daha sonra “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda təqdim edilib. Bu qanun layihəsi telekommunikasiya operatoru (mülkiyyətində olan telekommunikasiya şəbəkəsi vasitəsilə qanuni əsaslarla telekommunikasiya xidmətləri göstərən hüquqi və fiziki şəxs) üçün yeni vəzifələrin müəyyən edilməsini nəzərdə tutur.

Qanun layihələri müzakirə olunaraq qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib