Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI BAŞLANDI

Sentyabrın 30-da parlamentin deputatları ikinci çağırış Milli Məclisin payız sessiyasına başladılar. 

Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Milli Məclisin sədri Murtuz Ələsgərov parlamentin payız sessiyasını açaraq, deputatları sessiyanın başlanması münasibətilə təbrik etdi və qanunvericilik fəaliyyətində onlara uğurlar arzuladı.

Murtuz Ələsgərov Milli Məclisin yaz və növbədənkənar sessiyaları üzərində ətraflı dayandı. O, qanunvericilik orqanının həmin dövrdəki işini səmərəli adlandıraraq bildirdi ki, parlament 114 qanun və qərar qəbul etmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatı haqqında” Konstitusiya qanunları birinci oxunuşda qəbul olunmuşdur. Bundan əlavə, sessiyalarda “Gənclər siyasəti haqqında”, “Büdcə sistemi haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlar və digər qanunvericilik aktları qəbul edilmişdir. Ölkəmizin bir sıra mühüm beynəlxalq konvensiyalara və sazişlərə qoşulması qanunvericilik qaydasında təmin olunmuşdur.

Milli Məclisin sədri parlamentin bu il uyulun 29-da keçirilmiş və “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına həsr olunmuş növbədənkənar sessiyasının əhəmiyyətini xüsusi vurğulayaraq dedi ki, deputatlar Azərbaycan xalqına müraciət qəbul edərək, Prezident Heydər Əliyevin siyasətini tamamilə bəyəndiklərini bildirmişdilər. Avqustun 24-də referendum əhalinin siyasi fəallığı şəraitində keçmiş və dövlətimizin başçısının uzaqgörən, müdrik siyasətinin xalq tərəfindən tamamilə dəstəklədiyini nümayiş etdirmişdir.

Sədr parlamentin beynəlxalq əlaqələrindən danışaraq xatırlatdı ki, yaz sessiyasından sonra Milli Məclisin nümayəndə heyətləri bəzi xarici ölkələrdə olmuş, ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. Murtuz Ələsgərov Milli Məclisin nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında iştirakını və nümayəndə heyətinin başçısı İlham Əliyevin bu sessiyadakı çıxışlarını yüksək qiymətləndirdi.

Məlum olduğu kimi həmin sessiyada Ermənistan və Azərbaycanın Avropa Şurası qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməsi məsələləri də müzakirə edilmişdir. Nümayəndə heyətimizin başçısı İlham Əliyev sessiya iştirakçılarına ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri, Azərbaycanda aparılan demokratik islahatlar barədə ətraflı məlumat vermişdir. Müzakirələr zamanı AŞPA deputatlarının böyük əksəriyyəti bir milyondan çox azərbaycanlının qaçqın-köçkün vəziyyətinə düşməsinə gətirib çıxarmış Ermənistanın işğalçı olduğunu təsdiqləmişdir. Azərbaycana dair qətnamədə siyasi islahatların aparılması sahəsində əldə edilmiş nailiyyətlər yüksək qiymətləndirilmişdir. Bütün bunlar Azərbaycan parlamenti nümayəndə heyətinin İlham Əliyevin rəhbərliyi ilə gördüyü gərgin işin nəticəsidir. İndi Avropa Şurasında ölkəmizin rəyi ilə hesablaşırlar və Azərbaycan bu beynəlxalq təşkilatın layiqli üzvünə çevrilir.

Murtuz Ələsgərov qarşıdakı işlərdən danışaraq dedi ki, payız sessiyyasında bir sıra mühüm qanunvericilik aktlarının qəbul olunması gözlənilir. İlk növbədə, referendum aktının qüvvəyə minməsi ilə əlaqədar ölkə qanunvericiliyi Konstitusiyanın yeni mətninə uyğunlaşdırılmalıdır. Konstitusiyada edilmiş dəyişikliklərin bir hissəsi parlamentin fəaliyyətinin təşkili ilə bağlıdır. Buna görə də Milli Məclisin daxili Nizamnaməsinə dəyişikliklər və əlavələr ediləcəyi, yaz və payız sessiyalarının keçirilməsi müddətinin dəyişdiriləcəyi gözlənilir.

Parlamentdə müzakirə olunacaq digər mühüm sənəd Seçki Məcəlləsidir. İndi bu sənədin layihəsi üzərində iş gedir və üç beynəlxalq təşkilatın - Avropa Şurasının, ATƏT-in və İFES-in bu sənəd haqqında rəyi öyrənilir. Onların təklif və qeydləri alındıqdan sonra layihə Milli Məclisin müzakirəsinə çıxarılacaqdır. Payız sessiyasında terrorizmlə mübarizə, dövlət elmi-texniki siyasəti, daşınmaz əmlakın dövlət reyestri, ictimai televiziya və radio yayımı, dövlət dili, Bakı şəhərinin statusu haqqında qanun layihələri də müzakirə olunacaqdır.

Murtuz Ələsgərov əmin olduğunu bildirdi ki, bütün bu qanunların qəbul edilməsi ölkəmizin bütün sahələrdə ardıcıl inkişafına təkan verəcəkdir.

Sonra deputatlar 2002-ci ilin payız sessiyasında Milli Məclisin qanunvericilik işinə dair planının müzakirəsinə başladılar. Sənəd səs çoxluğu ilə təsdiq olundu.

Oktyabrın 1-də sessiya işini davam etdirəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməkdədir - Türk jurnalist

Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir

“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib

“Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya təşkil olunub

Qəbələdə zəlzələ olub