MİLLİ MƏCLİSİN QƏBUL ETDİYİ QANUNLARDAN BİRİ BMT-NİN MODEL QANUNLARI SIRASINA DAXİL EDİLMİŞDİR
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli AZƏRTAC-ın müxbirinə demişdir ki, Milli Məclisin qəbul etdiyi “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Qanun BMT-nin mütəxəssisləri tərəfindən ekspertizadan keçirilmişdir. Ekspertlər qanunun mükəmməlliyini və bütün standartlara cavab verdiyini əsas götürərək onu BMT-nin model qanunları sırasına daxil etmişlər.
Bundan başqa, dünya üzrə əhalinin sosial müdafiəsi, xüsusən də uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan 56 siyasətçisi siyahısına Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəblinin də adı salınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]