MİLLİ MƏDƏNİYYƏTİMİZİN İNKİŞAF KONSEPSİYASI HAZIRLANIR
Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov AZƏRTAC-ın müxbirinə demişdir ki, son 10 ildə Azərbaycan mədəniyyətinin inkişafı və qorunması ilə əlaqədar 12 qanun qəbul edilmişdir. Azərbaycanda sürətli inkişaf var və ölkəmiz dünyaya inteqrasiya edir. Həmin qanunların bəziləri müasir tələblərə cavab vermir. Ona görə də komissiya Mədəniyyət Nazirliyi və digər əlaqədar təşkilatlarla birlikdə qanunları yeniləşdirmək, təkmilləşdirmək, eyni zamanda, milli mədəniyyətimizin qorunmasını, inkişafını təmin edəcək yeni qanunlar üzərində çalışır. Parlamentin yaz sessiyasında bu qanunların bəziləri müzakirəyə çıxarılacaqdır. Milli mədəniyyətimizin inkişaf konsepsiyası üzərində də iş gedir. Bu sənədin hazırlanması mədəniyyətimizin inkişafı ilə yanaşı, mədəni irsimizin qorunmasında da mühüm rol oynayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:16]
Natəvan poeziyasının bədii çalarları
- 08.10.2026 [17:16]
“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub
- 08.10.2026 [17:13]
Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”
- 08.10.2026 [16:46]
“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr
- 08.10.2026 [14:45]
“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ
- 08.10.2026 [14:04]
“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat
- 08.10.2026 [12:20]
Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO
- 08.10.2026 [12:05]