MİLLİ QƏHRƏMANIN XATİRƏSİ YAD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində ötən il inşa edilmiş binada yerləşən Qubadlı rayonunun Qəziyan kənd orta məktəbində Azərbaycanın Milli Qəhrəmanı, batalyon komandiri şəhid Əliyar Əliyevin doğum günü münasibətilə xatirə mərasimi keçirilmişdir. Milli Qəhrəmanın vaxtilə təhsil aldığı bu məktəbə onun adı verilmiş, burada qəhrəmanın büstü qoyulmuşdur.
Abidə önünə tər qərənfillər düzülmüş, müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri əməkdar məşqçi, idman ustası, tanınmış güləşçi-pəhləvan və igid döyüşçünün şərəfli ömür yolundan danışmış, xatirələrini söyləmişlər.
Şagirdlərin ifasında doğma Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səslənmişdir.