Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qurtuluş Gününün bəhrələri – müasir Şərur şəhəri

Şərur, 3 iyun, AZƏRTAC

“Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”, - deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün hər bir yaşayış məntəqəsində genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasirləşir. İnkişafa qovuşan bölgələrdən biri də Şərur rayonudur. Qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası rayonda davamlı sosial-iqtisadi inkişafı təmin edib, Şərur şəhərində və kəndlərdə genişmiqyaslı quruculuq işləri aparılıb, yeni inzibati binalar və sosial obyektlər tikilib, rahat yollar çəkilib, əhalinin rifahı yaxşılaşıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 3-də Şərur rayonunda Bayraq Meydanı, Şərur şəhər avtomobil yolları, yeraltı piyada keçidi və yeni yaşayış binası istifadəyə verilib, Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılıb.

Şərur rayonunda Bayraq Meydanının açılışı olub

Bu gün Azərbaycanın hər yerində dövlət bayrağımız qürurla dalğalanır. Çünki bayraq dövlətlərin müstəqillik və suverenlik rəmzidir.

İyunun 3-də Şərur rayonunda Bayraq Meydanı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Hər bir ölkənin müstəqillik rəmzi hesab olunan bayrağı o ölkə üçün müqəddəsdir. Ona görə də müstəqillik, torpaqların qorunması, dövlətçilik uğrunda şəhidlik zirvəsinə ucalanlar da bayrağa bükülür. Şərur rayon ərazisində qurulan bu Bayraq Meydanı da bir neçə gün əvvəl qeyd olunan 28 May - Respublika Günü münasibətilə və şəhidlərimizin əziz xatirəsinə qaldırılır”, - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qurğunu işə salıb, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalıb.

Bildirilib ki, Şərur rayonunda Bayraq Meydanının tikintisinə ötən ilin aprel ayında başlanılıb. Bayraq dirəyinin hündürlüyü 36,5, bayrağın eni 8, uzunluğu isə 16 metrdir. Ümumi sahəsi 4 min 795 kvadratmetr olan meydanda geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub, dekorativ ağac və gül kolları əkilib.

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev minnətdarlıq edərək deyib: “Muxtar respublikanın bütün rayonları kimi, Şərur rayonu da göstərilən diqqət və qayğı sayəsində sürətlə inkişaf edir. Rayonun kəndləri yeni görkəmə qovuşub, Şərur şəhəri müasir şəhərlər sırasına daxil olub. Rayon sakinləri bu inkişafı ulu öndərimiz Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamı kimi qiymətləndirir. Tarixən xalqımız bayrağa ehtiramla yanaşıb. Bütün qələbə və zəfərlərimiz Azərbaycan Bayrağı ilə ifadə olunub. Bu gün rayonumuzda yaradılan Bayraq Meydanı da gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malik olacaqdır”.

Ali Məclisin Sədri Bayraq Meydanında müxtəlif tədbirlərin keçirilməsi, abadlığa və təmizliyə diqqət edilməsi, yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar verib.

Şərur şəhər avtomobil yolları yenidən qurulub

Avtomobil yollarının yenidən qurulması muxtar respublikada iqtisadiyyatın inkişafına töhfə verməklə yanaşı, həm də insanların rahatlığına xidmət edir. Ölkə başçısı cənab İlham Əliyevin Naxçıvana səfəri zamanı dediyi kimi, yollar çox keyfiyyətlə tikilir, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq keyfiyyət də yerindədir.

İyunun 3-də Şərur şəhər avtomobil yolları yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov görülən işlərlə tanış olub.

Məlumat verilib ki, Naxçıvan-Sədərək magistralından Şərur şəhərinədək, həmçinin şəhərin Heydər Əliyev prospektini və 6 küçəsini əhatə edən 11,2 kilometrlik yolun üzərində 3 su keçidi qoyulub, 3 min 300 metr uzunluğunda kanal, 5 min metr uzunluğunda yeraltı elektrik, 8 min 834 metr uzunluğunda rabitə, yaşıllıqlar üçün isə 2 min 985 metr su xətti çəkilib, müasir işıqlandırma dirəkləri quraşdırılıb. Şəhərin girişində və daxili avtomobil yollarının kənarlarındakı köhnə səkilər və bardürlər yenisi ilə əvəz edilib, səkilərdə 96 yerdə məhdud fiziki imkanlılar üçün keçid qoyulub.

Ali Məclisin Sədri deyib ki, Şərur muxtar respublikanın ən qədim tarixə malik olan bölgələrindəndir. Şərur şəhəri tarixinin heç bir dönəmində müstəqillik illərində olduğu qədər inkişaf etməmişdir. Bütün bunlar Milli Qurtuluş Gününün bəhrələridir. O gün olmasaydı, bu işlər də həyata keçirilə bilməzdi. Şəhərin yolları su və kanalizasiya sistemləri işlənib tamamilə başa çatdıqdan sonra yenidən quruldu. 11 min 200 metrlik yolun 3 min metri iki, 8 min 200 metri isə dördzolaqlıdır. Bu da imkan verəcək ki, bu yollardan uzun illər sıxlıq olmadan istifadə etmək mümkün olsun.

“Yolların yenidən qurulması abadlığın əsasını təşkil edir”, - deyən Ali Məclisin Sədri Şərur rayonunda yeni yolların qurulmasında əməyi olanlara təşəkkürünü bildirib, yol kənarında yaşıllıqların artırılması barədə tapşırıq verib.

X  X  X

Həmin gün Ali Məclisin Sədri Şərur Şəhər Avtovağzal binasının tikintisi ilə də maraqlanıb, müvafiq göstərişlər verib.

Yeraltı piyada keçidləri təhlükəsizliyə təminatdır

Həmin gün Şərur şəhərində “28 May” və “Nizami” küçələrini birləşdirən yeraltı piyada keçidi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeraltı piyada keçidinin açılışında iştirak edib.

Məlumat verilib ki, uzunluğu 66, eni 2,6, hündürlüyü isə 2,1 metr olan keçidin möhkəmləndirilməsi üçün tunelin yan divarlarına və örtüyünə dəmir-beton qatı verilib, membranla izolyasiya olunub. Keçiddə müasir işıqlandırma sistemi quraşdırılıb, hər iki giriş pilləkəninin üzəri metal konstruksiya ilə örtülüb.

Ali Məclisin Sədri keçiddə təmizliyə riayət olunması barədə tapşırıq verib.

Yeni yaşayış binası sakinlərin rahatlığına xidmət edəcək

Muxtar respublikada yeni yaşayış binalarının istifadəyə verilməsi məskunlaşmanın artmasının və gənclərin sosial mənzil şəraitinin yaxşılaşdırılmasının göstəricisidir.

İyunun 3-də Şərur şəhərində yeni yaşayış binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, ümumi sahəsi 6 min 300 kvadratmetr olan yeni yaşayış binasının tikintisinə 2019-cu ilin aprel ayında başlanılıb. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada 40 mənzil vardır. Onlardan 10-nun ümumi sahəsi 75 kvadratmetr olmaqla iki, 20-nin ümumi sahəsi 95 və 102 kvadratmetr olmaqla üç, 10-nun isə ümumi sahəsi 120 kvadratmetr olmaqla dördotaqlıdır. Müasir kommunal şəraitlə təmin olunmuş mənzillər fərdi istilik sistemi ilə qızdırılacaqdır. 2 girişdən ibarət olan binada mərkəzləşdirilmiş antena sistemi və 2 lift quraşdırılıb.

Yaşayış binasının zirzəmi qatında yerləşən xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, məişət, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcəkdir. Binanın həyətində də geniş abadlıq işləri aparılıb.

Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılıb

Əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, sanitariya-gigiyenik tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət muxtar respublikada daim diqqət mərkəzindədir. Bu tədbirlərin davamı kimi Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün hərtərəfli iş şəraiti yaradılıb.

İyunun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva çıxış edərək deyib ki, muxtar respublikada aparılan ardıcıl əks-epidemik tədbirlər çərçivəsində sanitar-epidemioloji xidmətin fəaliyyəti yenidən qurularaq günün tələbləri səviyyəsinə çatdırılıb. İdarəolunan yoluxucu xəstəliklərə qarşı peyvənd işinin təşkili, dezinfeksiya, dezinseksiya, deratizasiya, delarvasiya tədbirlərinin ardıcıl və keyfiyyətlə aparılması insanların sağlam ətraf mühitdə yaşamasını təmin edib. Həmçinin həyata keçirilən ekoloji tədbirlər muxtar respublika ərazisində epidemioloji şəraitin yaxşılaşdırılmasına və əksər yoluxucu xəstəliklərin azalmasına səbəb olub. Bu sahədə əsas işlər Gigiyena və Epidemiologiya Mərkəzinin, onun yerli qurumlarının üzərinə düşür. Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi tərəfindən cari ilin 5 ayı ərzində 1388 parazitoloji, 666 bakterioloji müayinə aparılıb ki, bu da idarəolunan yoluxucu xəstəliklərlə mübarizədə əhəmiyyətli rol oynayır. Zeynəb Mustafayeva göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Şöbənin parazitoloq köməkçisi Nərmin Əliyeva kollektiv adından minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin rayonumuza hər gəlişi yeni bir müəssisənin təməlinin qoyulması və yeni bir obyektin istifadəyə verilməsi ilə əlamətdar olur. Gigiyena və Epidemiologiya Şöbəsi üçün yeni iş şəraiti yaradılıb. Göstərilən qayğıya cavab olaraq çalışacağıq ki, rayon əhalisinin sağlamlığının qorunması üçün yoluxucu xəstəliklərə qarşı tədbirlərin həyata keçirilməsində və peyvəndləmə işinin aparılmasında daha fəal olaq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Milli Qurtuluş Gününün bəhrələri olan yeni obyektlərin istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və kollektivi təbrik edərək deyib: Gigiyena və epidemiologiya bu gün ən vacib sahələrdən biridir. Dünyada yayılan virusun epidemiyadan pandemiyaya çevrilməsi bu sahənin vacibliyini bir daha göstərdi. Muxtar respublikada hələ bir neçə il əvvəl bu istiqamətdə əsaslı işlər görülmüşdü. Lakin dünyada son illər müxtəlif virusların yayılması, xüsusilə mövcud pandemiyanın yaratdığı problemlər bu sahədə yeniliklərin tətbiqini zərurətə çevirdi. Muxtar respublikanın əksər rayonlarında Gigiyena və Epidemiologiya şöbələri üçün yeni iş şəraiti yaradılmış, müasir avtomobillər alınıb verilmişdir. Hazırda Culfa rayonunda və Naxçıvan şəhərində bu sahədə işlər davam etdirilir.

“Yaxşı iş şərait yüksək əhval-ruhiyyə və keyfiyyətli iş deməkdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, əsas məsələ profilaktik tədbirlərin vaxtında görülməsi və gigiyenik qaydalara əməl olunmasıdır. Gigiyena və Epidemiologiya Şöbəsinin kollektivi mütəmadi sanitariya tədbirləri həyata keçirməlidir. Çünki bu tədbirlər xəstəliklərin yayılmamasına, onların vaxtında aşkar olunmasına və qarşısının alınmasına xidmət edir. Yaradılan şərait bundan sonra da muxtar respublikada virus və xəstəliklərin yayılmasının qarşısını almağa imkan verəcəkdir.

Ali Məclisin Sədri kollektivin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirəcəyinə, əhalinin maarifləndirilməsinə ciddi səy göstərəcəklərinə, muxtar respublikada epidemioloji vəziyyətin daim sabit saxlanacağına əminliyini bildirib.

Məlumat verilib ki, şöbədə müdir, epidemioloq, entomoloq, parazitoloq, sanitar həkim və digərləri olmaqla, 18 otaq vardır. Burada Gigiyena, Epidemioloji, Dezinfeksiya şöbələri və bakterioloji, parazitoloji, eləcə də ümumi sanitariya laboratoriyaları fəaliyyət göstərəcəkdir. İşin keyfiyyətini artırmaq üçün şöbə nitratometr, südün keyfiyyət analizatoru, radiasiya ölçmək üçün dozimetr, batometr, PH-metr, termohiqrometr, binokulyar mikroskop və digər köməkçi tibbi ləvazimatlar ilə təmin edilib.

Bina istilik sistemi ilə təchiz olunub, həyət abadlaşdırılıb, işıqlandırma və suvarma sistemləri çəkilib.

Şöbənin baş həkimi Məhərrəm Qədimov yaradılan şəraitə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri muxtar respublikanın epidemioloji pasportunun hazırlanması, dezinfeksiya tədbirlərinin fəsillərə uyğun aparılması, sanitar-gigiyenik qaydalara əməl olunması və kadr işinə diqqətin artırılması barədə tapşırıqlar verib.

Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsinə dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə icra olunmasında vaxt itkisinin qarşısının alınması, avtomaks və dezinfektantların rahat daşınması üçün 7 nəfərlik işçi heyətinin, eyni zamanda, istifadə edə biləcəyi “Changan” markalı avtomobil təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Vəhşi təbiət bütün gözəlliyi ilə FOTOLAR

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB VİDEO

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib VİDEO

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur