SİYASƏT
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
2002-ci il oktyabrın 10-12-də Rusiya Federasiyasının Soçi şəhərində MDB-nin üzv olan dövlətlərin xüsusi xidmət və təhlükəsizlik orqanlarının kəşfiyyat sahəsində əməkdaşlığına dair növbəti müşavirəsində “Əfqanıstanda antiterror əməliyyatlarının yekunları və beynəlxalq terrorçuluğa qarşı mübarizədə işbirliyi”, oktyabrın 13-16-da isə Türkiyənin Antalya şəhərində Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının konfransında “Əfqanıstanda vəziyyət və terror təhlükəsinin yayılma istiqamətləri” mövzularında müzakirələr olmuşdur.
Hər iki müşavirədə Azərbaycan Respublikası milli təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
İclaslarda müasir dövrdə beynəlxalq terrorçuluğun doğurduğu qlobal təhlükələr müzakirə olunmuş, terrorçu təşkilatlara qarşı birgə mübarizədə xüsusi xidmət orqanları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi yolları araşdırılmışdır.