Millimizin baş məşqçisi: Növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanmaq istəyirik
Bakı, 3 mart, AZƏRTAC
Hazırlıq üçün vaxtımız az oldu. Bu da FIFA-nın təyin etdiyi vaxtla əlaqədardır. Bugünkü oyun həm də Polşa ilə matça hazırlıq xarakteri daşıyırdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində doğma meydanda Yunanıstan yığmasına qalib gələn Azərbaycan seçməsinin baş məşqçisi Joze Alesio Da Silva oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Braziliyalı mütəxəssis bildirib: “Afinadakı oyunla müqayisədə Bakıda qapımızdan 2 top buraxdıq. Bu da etdiyimiz səhvlərdən qaynaqlanırdı. Elit-raunda vəsiqəni təmin etsək də, bu, Polşa ilə oyunun əhəmiyyətini azaltmır. Biz növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanmaq istəyirik. Eyni zamanda, reytinq xallarımızı artırmalıyıq”.
“Xətai Bağırovun zədələndiyi epizodu görmədim. Vəziyyəti barədə indi bir söz deyə bilmərəm. Həkim müayinə edəcək, ondan sonra bizə məlumat verəcək. Ümid edirik ki, ciddi olmayacaq və səfərə tam heyətlə yollanacağıq”, - deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, Azərbaycan - Yunanıstan oyunu millimizin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Futzalçılarımız əsas seçmə mərhələdə sonuncu oyununu martın 7-də səfərdə Polşa yığmasına qarşı keçirəcəklər. Azərbaycan komandası altıncı qrupda doqquz xalla liderdir. Altı xala malik Polşa kollektivi ikinci sırada qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]