Millimizin Moldova və Şimali Makedoniya yığmaları ilə matçlar üçün heyəti açıqlanıb
Bakı, 14 noyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandasının beynəlxalq yoldaşlıq oyunlarında Moldova və Şimali Makedoniya yığmaları ilə matçları üçün heyəti açıqlanıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi 27 futbolçuya dəvət göndərib.
Heyətdə qapıçılar - Şahrudin Məhəmmədəliyev ("Qarabağ"), Emil Balayev ("Səbail"), Səlahət Ağayev ("Qəbələ"), müdafiəçilər - Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı "Qarabağ"), Bəxtiyar Həsənalızadə, Amin Seydiyev (hər ikisi "Sabah"), Cəlal Hüseynov ("Şamaxı"), Azər Salahlı (Neftçi), Höccət Haqverdi ("Traktor", İran), Anton Krivotsyuk ("Visla Plotsk", Polşa), yarımmüdafiəçilər - Qismət Alıyev ("Zirə"), Riçard Almeyda ("Qarabağ"), Anatoli Nuriyev, Elvin Camalov, Aleksey İsayev, Ceyhun Nuriyev (hamısı "Sabah"), Ozan Can Kökçü ("Eyndhoven", Niderland), Emin Mahmudov ("Neftçi"), Rövlan Muradov ("Qəbələ"), hücumçular - Namik Ələskərov ("Sabah"), Renat Dadaşov ("Qrasshopper", İsveçrə), Mahir Emreli ("Dinamo Zaqreb", Xorvatiya), Musa Qurbanlı və Ramil Şeydayev (hər ikisi "Qarabağ") yer alıblar.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 16-da Kişinyovda Moldova, 20-də isə Skopyedə Şimali Makedoniya ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]