Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevir Dövlət Universiteti ilə Qazi Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Bakı, 24 may, AZƏRTAC

Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir Dövlət Universitetinin (MDU) dəvəti ilə Mingəçevir şəhərində səfərdə olub. Nümayəndə heyətini Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Nəcibə Nəsibova müşayiət ediblər.

MDU-dan AZƏRTAC-a bildirilib ki, ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulduqdan sonra qonaqlar Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ilə görüşüblər. Qonaqları səmimi salamlayan İ.İsmayılov Vətən müharibəsi dövründə göstərilən mənəvi dəstəyə görə təşəkkürünü bildirib və Mingəçevir haqqında ətraflı məlumat verib. Görüşdə MDU ilə Qazi Universiteti arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətindən və qardaş ölkənin ali təhsil sahəsindəki böyük təcrübəsindən faydalanmaq imkanlarından bəhs edilib.

23 may tarixində qonaqlar MDU-da olub. MDU-nun rektoru Şahin Bayramov ilə keçirilən müzakirələrdən sonra nümayəndə heyəti universitetin bir qrup professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları ilə görüşüb.

Ş.Bayramov Türkiyənin qabaqcıl universitetləri sırasında yer alan Qazi Universitetinin, eləcə də ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri olan AzTU-nun rektorlarının MDU-ya gəlməsini əlamətdar hadisə olduğunu vurğulayıb. Cari ilin mart ayında Ankaraya səfəri çərçivəsində keçirilən məhsuldar görüşləri xatırladan rektor 95 illik tarixə və zəngin ənənələrə sahib Qazi Universiteti ilə işbirliyinin MDU-nun strateji hədəflərinə çatmaq baxımından əhəmiyyətini diqqətə çatdırıb. Görüş çərçivəsində əməkdaşlıq protokolunun imzalanmasını MDU-nun tarixində ilklərdən biri kimi dəyərləndirən rektor iki universitet arasında tələbə və müəllim mübadiləsi, ortaq tədbirlərin təşkili, birgə elmi-tədqiqatların aparılması, inzibati və akademik heyətin bacarıqlarının yüksəldilməsi və digər istiqamətlər üzrə razılıq əldə olunduğunu bildirib.

MDU, AzTU və Qazi Universiteti arasında üçtərəfli əməkdaşlıq perspektivlərindən danışan Ş.Bayramov ölkə başçısının ali təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğı sayəsində MDU-nun modernləşdirilməsi istiqamətində atılan addımlardan bəhs edib. MDU ailəsinin bütün üzvlərini təbrik edən və təqdim olunan imkanlardan aktiv şəkildə faydalanmağa çağıran Ş.Bayramov göstərilən davamlı dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, hər iki qonaq universitetin rektoruna və Türkiyədəki səfirliyimizin əməkdaşı N.Nəsibovaya minnətdarlıq edib.

Mingəçevirdə olmaqdan məmnunluğunu ifadə edən Qazi Universitinin rektoru Musa Yıldız yeni dövrün ali təhsil müəssisəsinə çevrilməyi hədəfləyən MDU-da həyata keçirilən işləri yüksək qiymətləndirib və iki universitet arasında qarşılıqlı faydalı işbirliyi üçün böyük potensialın mövcudluğunu bildirib. Türkiyədə yeni yaranmış bir sıra universitetlərin inkişafında pay sahibi olduqlarını vurğulayan rektor eyni yanaşma ilə MDU-ya da hərtərəfli dəstək göstərməyə hazır olduqlarının diqqətə çatdırıb.

MDU-nun Pedaqoji və Mühəndislik fakültələrinin inkişafında yaxından iştirak edəcəklərini bildirən M.Yıldız MDU əməkdaşlarını və tələbələrini ikitərəfli protokolun yaratdığı fürsətləri dəyərləndirməyə dəvət edib.

MDU ilə AzTU arasında yaradılmış çoxşaxəli əməkdaşlığın sürətlə inkişafından danışan rektor V.Vəliyev hər iki universitetin alimlərinin iştirakı ilə keçirilən faydalı birgə tədbirlərin və elmi müzakirələrin maraqla qarşılandığını bildirib. Hər iki ali təhsil müəssisəsinin əməkdaşları arasında dostluq münasibətlərinin və səmərəli işbirliyinin formalaşdığını vurğulayan rektor növbəti mərhələdə MDU ilə daha genişmiqyaslı birgə layihələr reallaşdırmaq əzmində olduqlarını deyib.

AzTU ilə Qazi Universiteti arasında reallaşdırılması nəzərdə tutulan ortaq tədbirlərdən bəhs edən V.Vəliyev MDU da daxil olmaqla mühəndislik sahəsində üçtərəfli formatda əməkdaşlığın yaradılmasına zəruri dəstək göstərəcəklərini diqqətə çatdırıb.

Son dövrdə MDU-nun müasirləşdirilməsi istiqamətində görülən işləri yaxından izlədiyini bildirən N.Nəsibova kadr hazırlığının keyfyyətinin yüksəldilməsi baxımından qardaş ölkənin aparıcı universitetləri ilə əməkdaşlığın önəmini vurğulayıb. Qazi Universitetinin Türkiyə milli ali təhsilindəki aparıcı rolundan danışan N.Nəsibova MDU kollektivini ikitərəfli əlaqələrə yüksək maraq göstərməyə çağırıb.

MDU-nun qarşısına qoyulan hədəflərə çatması məqsədilə qardaş ölkənin digər universitetləri ilə də səmərəli əməkdaşlığın qurulmasında Azərbaycanın Ankaradakı səfirliyinin davamlı dəstək göstərməyə hazır olduğunu bildirib.

MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvlərinin, tələbə və magistrantlarının böyük sevincinə səbəb olan görüşdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Sonra, MDU və Qazi Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb, xatirə hədiyyələri təqdim olunub.

MDU-nun qonaqları səfər çərçivəsində “Azərbaycan İES” MMC, Mingəçevir Sənaye Parkını və Gəncə şəhərindəki Nizami Məqbərəsini da ziyarət ediblər.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Qazi Universitetinin dekanları Mustafa Necmi İlhan, Rahmi Ünal, Bülent Elbasan, koordinator İhsan Kalenderoğlu, eləcə də AzTU-nun prorektoru Çetin Elmas da yer alıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Londondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

ABŞ Yəmənin paytaxtında husilərin silah anbarlarına zərbələr endirib

İsveçrənin paytaxtında Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Netanyahu və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Zelenski: Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü texniki xarakter daşıyır

Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib

Millətlər Liqası: Türkiyə yığması Macarıstana üç cavabsız qolla qalib gəlib

Azərbaycanın veteran futbolçusu vəfat edib

“Sağlamlığa doğru qaç!” adlı layihəyə Hacıqabulda start verilib

Sabunçuda narkotiklərlə bağlı əməliyyat: 528 qram heroin və digər maddələr ələ keçirilib

Kanadanın yeni Baş naziri növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar qəbul edib

Ersin Tatar: Azərbaycanın və Türkiyənin dəstəyi Şimali Kiprin sabitliyi və inkişafı üçün vacibdir

Parisdə “Natəvan” məktəbinin şagirdləri Novruz bayramını qeyd ediblər VİDEO

“Tercüman” qəzeti: İğdır-Naxçıvan qaz kəməri regional proseslərə uzunmüddətli təsir amilidir

Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub

Şərurda fermada, Kəngərlidə yaşayış evində yanğın olub

Şəki teatrı bayram günlərində uşaqları əyləncəli proqramla sevindirir

Mingəçevirdə evdə qaz sızması ölümlə nəticələnib

Elnarə Rəsulova: Novruz milli dəyərlərimizin ruhudur və hər bir naxışda, hər bir rəngdə yaşayır

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək

Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir

XXI Moskva konfransında Şəmkirin numizmatik tapıntıları barədə məruzə edilib

Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Misir qəzetində Azərbaycan xalqının ikili standartlara məruz qalmasından yazılıb

Norveçdə İkinci Dünya müharibəsi dövrünə aid hava bombası zərərsizləşdirilir

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaqların nəticələri açıqlanıb

İstanbulda Azərbaycanın milli-mədəni dəyərləri nümayiş etdirilib

Aktauda Novruz bayramında Azərbaycan mədəniyyəti təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Kişineuda Novruz şənliyi təşkil olunub

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın yağıntılı olacağı gözlənilir

Tələbələr rozmarin bitkisinin yaşıl qələmlərinin kütləvi çoxaldılması işinə başlayıblar VİDEO

Rəvan Həsənov: Novruz bayramı xalqımızın mədəni irsinin ayrılmaz hissəsidir

“Korean Air” şirkəti 32,7 milyard dollarlıq “Boeing” təyyarəsi alacaq

Rusiya Federasiya Şurasının telekanalı Matviyenkonun Bakıya səfəri ilə bağlı süjet hazırlayıb

Narkotik vasitənin təsiri altındakı sürücünün “ağ ölümü” avtomobilində daşıdığı məlum olub

Berlində çoxmərtəbəli binada yanğın baş verib, xəsarət alanlar var

Bu gün Ümumdünya Meteorologiya Günüdür

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrinin həbsinə qərar verilib

Azərbaycan Prezidenti: Pakistanla strateji tərəfdaşlığın hazırkı səviyyəsi böyük məmnunluq doğurur

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

Zalsburq Azərbaycan Evində Novruz şənliyi təşkil olunub

Kiyevə hava hücumu edilib, azı 3 nəfər həlak olub

Zaqatala sakini evində yanıb VİDEO

XİN: Ermənistan xarici işlər nazirinin iddiaları tamamilə əsassızdır

BMT: 2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb

Kimlər gəldi, kimlər getdi...

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır

Qazaxıstanda milli geyimlə dünya rekordu qeydə alınıb

Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər

Macarıstan Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Roma Papasının xəstəxanadan evə buraxılacağı bildirilib

Qazaxıstanda fləşmob: 500 qadın qədim ipəyirmə sənətini nümayiş etdirdi

Alimlər mikrobların əsaslı hüceyrələrlə əlaqəsini aşkarlayıblar

Türkiyə XİN rəhbərinin müavini: Novruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT

Ersin Tatar: ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər

Gürcüstan “Yer saatı” qlobal kampaniyaya qoşulub

Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb

Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik

Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik

Almaniya Cənubi Sudandakı səfirliyini bağlayır

Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan millisi Haitiyə məğlub olub

Qazaxıstanda sərnişin qatarında yanğın baş verib

Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

Keniyaya məxsus təyyarə Somali yaxınlığında qəzaya uğrayıb

“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq

Filippində itkin düşən alman turistlər tapılıb

Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub

Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb

Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub

ABŞ “Qızıl Qübbə” müdafiə sistemi hazırlayır

Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq

Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq

İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO

Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib

“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq

Tbilisinin mərkəzində Novruz şənliyi təşkil olunub

Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

Bu kənddə at yarışları el bayramına çevrilir

"Roma" almaniyalı müdafiəçi ilə müqaviləni uzatmayacaq

İngiltərə millisinin futbolçusu tarixə düşüb

Naxçıvanda Novruz bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib VİDEO

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Hitrou hava limanı fəaliyyətini tam bərpa edib

Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb

ADSEA Naxçıvanda tədbir keçirib

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq-PROQNOZ