REGİONLAR
Mingəçevir və Ağstafada maarifləndirici sosial aksiya keçiriləcək
![](/files/galleryphoto/2020/2/1200x630/1595848006497162117_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/159584800657277866_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15958480061836837956_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15958480064260734503_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15958480061877616700_1200x630.jpg)
Bakı, 27 iyul, AZƏRTAC
Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və özəl sektorun ("Mətanət A", Neftçala Avtomobil Zavodu, "A.M.O." MMC) dəstəyi ilə vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair maarifləndirilməsi tədbirlərinə dəstək məqsədilə sosial aksiya keçirilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiya iyulun 28-29-da Mingəçevir şəhərində və Ağstafa rayonunda davam etdiriləcək. İndiyədək Sumqayıt və Xırdalan şəhərlərində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Masallı, Lənkəran, Astara, Neftçala rayonlarında keçirilmiş aksiyalar çərçivəsində KOB dostları və könüllülər tərəfindən ticarət və xidmət obyektlərinə yaxın yerlərdə, parklarda vətəndaşlarla xüsusi karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılıb, 9 minə yaxın tibbi maska paylanılıb.
Dövlət-biznes əməkdaşlığı çərçivəsində həyata keçirilən maarifləndirici aksiya iyul-avqust ayları ərzində davam etdiriləcək və ölkənin 20-dək şəhər və rayonunu əhatə edəcək.