MİNGƏÇEVİRDƏ AVARÇƏKMƏ ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı başlamışdır.
Açılış mərasimində çıxış edən Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) baş katibi Fikrət Zeynalov çempionatda 150-dən çox idmançının iştirak etdiyini söyləmişdir. Avarçəkənlərin 80-dən çoxu akademik, 70-i isə kayak və kanoe qayıqlarında çıxış edəcək.
Federasiyanın yarandığı qısa müddət ərzində kütləviliyə xüsusi diqqət yetirildiyini vurğulayan AMAF rəsmisi bu çempionatda bir çox yeni avarçəkənlərin iştirak etdiyini açıqlamışdır.
Mingəçevir şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Ramiz Əliyev isə avarçəkmənin son illər şəhərin idman həyatında xüsusi yer tutduğunu vurğulamışdır.
Çempionata mayın 11-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]