Minnesota ştatında atışmada iki polis və bir tibb işçisi həlak olub
Bakı, 19 fevral, AZƏRTAC
ABŞ-ın Minnesota ştatının Burnsville şəhərində yerli vaxtla səhər saat 5:30-da iki polis məmuru və bir tibbi işçisi güllə ilə vurularaq öldürülüb. Hadisə zamanı daha bir polis yaralanıb.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, silahlı şəxs bir qadın və yeddi uşağın olduğu evdə barrikada qurub. Hadisə yerinə gələn polislər içəridəkilərlə əlaqə yaratmağa çalışıblar. Lakin cinayətkarla saatlarla aparılan danışıqlar heç bir nəticə verməyib.
Polis əməkdaşlarına atəş açan şəxsin intihar etdiyi bildirilir. Hüquq-mühafizə orqanların məlumatına görə, evdə olan qadın və uşaqlar xəsarət almadan xilas edilib.
Faktla bağlı təhqiqat başlayıb, hadisənin təfərrüatları araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]